"Vardanyan Rusiyanın layihəsidir və Qarabağa konkret tapşırıqlarla gəlib" - Deputatdan AÇIQLAMA
2022-ci ilin bitməsinə bir neçə gün qalıb. Bu gün hər kəsi maraqlandıran suallardan biri də budur: ilin sonuna qədər Ermənistan sülh müqaviləsini imzalayacaqmı?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması real görünmür:
"Moskva və Brüssel görüşlərində Ermənistan tərəfi ilə əksər məsəllər razılaşdırılmışdı. Lakin Praqa görüşündən sonra Fransa prezidenti Makronun kobud müdaxiləsi prosesi pozdu. Fransa ilə yanaşı, İran və Rusiyanın destruktiv fəaliyyətini də qeyd etmək lazımdır. Zəngəzur dəhlizinin açılmasında əsas maneçilik törədən qüvvə molla rejimidir. Qarabağda isə, Rusiyanın layihəsi, adı rus xalqından oğurladığı milyardları ofşor şirkətlərə daşımaqla məşhurlaşan, kriminal Ruben Vardanyanın cinayətkar fəaliyyətinin nəticəsidir".
Deputat vurğulayıb ki, Vardanyan Rusiyanın layihəsidir və Qarabağa konkret tapşırıqlarla gəlib:
"Ona görə də, Rusiyanın maraqlarından çıxış edir. O, rus mətbuatı tərəfindən dəstəklənir və onun bəyanatlarına geniş yer verilir. Burada qeyri-adi bir şey görmürəm. Rusiyanın bir çox KİV-ləri, federal televiziya kanalları ermənilərin əlindədir və yaxud təsir imkanları böyükdür. Müharibə dövründə və ondan sonra şimal qonşumuzun mətbuat orqanları Azərbaycan əleyhinə təbliğatda fərqləniblər. Tarixən, ermənilər böyük dövlətlərin əlində alət rolunu oynayıblar. Görünən odur ki, ermənilər gələcəkdə də türk düşmənçiliklərini davam etdirəcək və ruslara, fransızlara, iran mollalarına xidmət göstərəcəklər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1465 Tarix: 27 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabr