Xocalıda köhnə "erməni tamaşası": Körpələrin alətə çevrildiyi iyrənc şou - VİDEO
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı separatçılar öz xalqının dədə-baba "adət"lərinə sahib çıxmağa davam edirlər.
Belə ki, separatçılar əsrlər boyu "uğur"la ifa etdikləri "məzlum" obrazını yenidən canlandırmağa çalışırlar.
Bu zaman isə bəşəriyyətin, dünya ictimaiyyətinin həssas nöqtəsi olan uşaqlardan istifadə etməyi belə öz riyakar xislətlərinə tamamilə uyğun hesab edirlər.
Sosial şəbəkələrdə yayılan növbəti belə riyakarlıq tamaşası sülhməramlıların Xocalıda yerləşən qərargahı qarşısında çəkilib. Burada ermənilər ümumiyyətlə, hadisələrdən xəbərsiz görünən bir azyaşlını xəstə kimi qələmə verərək dünya ictimaiyyəti qarşısında özlərini "yazıq" və "çarəsiz" insanlar kimi göstərməyə cəhd edirlər.
Lakin elə ermənilərin özləri tərəfindən çəkilmiş kadrlardan da aydın görünür ki, azyaşlının ümumiyyətlə səhnələşdirilən xəstə obrazından, təqdim olunan xəstəlikdən anlayışı belə yoxdur.
Qeyd edək ki, Laçın yolunda azərbaycanlı ekofəalların etirazları fonunda Qarabağdakı separatçılar böyük təşviş içindədir. Məhz bu baxımdan da hər yola əl atan separatçılar həmişə olduğu kimi öz qadınlarını və körpələri qabağa verməklə çıxış yolu axtarırlar. Ortaya çıxan kadrlar isə ermənilərin riyakarlığı fonunda dərin ikrah hissi doğurur./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1817 Tarix: 27 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr