"Dövlət tərəfindən qorunur" sözlərinə yaraşmayan imarət - VİDEO
Bir vaxtlar gördüyü işlərlə bütün Qazax qəzası, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanan İsrafil Ağaya məxsus imarət baxımsız vəziyyətdədir.
Kəndin ən hündür yerində ucaldılan, dörd istiqamətdə aynası, iki istiqamətdə çıxışı olan, dövrünün möhtəşəm sarayının hazırda uçuq-sökük divarları qalıb.
Binanın inşası XIX əsrin sonunda başa çatıb. Dövrünə görə əlçatmaz sayılan kirəc və əhəng südünün qarışığından inşa olunub. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. Ötən əsrin 60-cı illərində kənddə Su Elektrik Stansiyasının tikilməsi səbəbi ilə əhali köçürülüb.
Qıraq Kəsəmən kəndində böyük xeyriyyəçilik və abadlıq işləri görən, məscid və məktəblər tikdirən İsrafil Ağanın evinin bu gün bərpaya ehtiyacı var.
Məsələ ilə bağlı Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən evin bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, Qıraq Kəsəmən kəndində XIX əsrin əvvəllərində iki minə yaxın ev olub. Buna görə də kəndə min evli Kəsəmən də deyilib. Hazırda isə yurdda qalan yeganə tikili İsrafil Ağanın baxımsız mülküdür. Abidənin üzərində "Dövlət tərəfindən qorunur" sözləri yazılsa da, mənzərə ürək dağlayır.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1219 Tarix: 03 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr