Səs-küylü "Bənəniyar hadisələri" araşdırılır - Naxçıvanın yeni naziri zərərçəkmiş ailəni qəbul etdi

Səs-küylü "Bənəniyar hadisələri" araşdırılır - Naxçıvanın yeni naziri zərərçəkmiş ailəni qəbul etdi"Naxçıvan Muxtar Respublikasının yeni rəhbərliyi bütün sahələrdə olduğu kimi, Bənəniyar hadisələrinə də həssas yanaşır".

Bunu əslən Culfa rayonunun Bənəniyar kəndindən olan jurnalist Elmar Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, ötən gün Bənəniyar hadisələri zamanı həyatını itirmiş Rza Nuriyevin ailəsi Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri Süleyman Nemətov tərəfindən qəbul edilib:

"Nazir həmin hadisədən zərər çəkmiş ailəyə bildirib ki, bu məsələ dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürülüb. Baş verən hadisələr tezliklə hüquqi qiymətini alacaq.

Nazir deyib ki, hadisələrdə zərər çəkmiş hər bir bənəniyarlı öz şikayətlərini ayrı-ayrılıqda məktub şəklində Naxçıvan Muxtar Respublikasının Baş Prokurorluğuna həmçinin, Daxili İşlər Nazirliyinə və Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsinə göndərə və ya müraciət edə bilər".

"Sözün düzü, bu hadisə bir Bənəniyar sakini kimi bizi çox sevindirdi. Yeni rəhbərliyin Bənəniyar kəndindəki hadisələrə münasibəti çox xoş təsir bağışladı və bizi baş verən hadisələrin öz hüquqi qiymətini alacağına inandırdı. Məhz bizim dövlətimizdən istəyimiz də bu idi.

İndiyədək qarşımızda Bənəniyar kənd sakinlərini provokativ addımlara sövq edərək, kəndin adını ləkələməyə çalışan rəhbərlər var idi. İndi isə onlar öz əməllərinin hesabatını verməklə məşğuldurlar. Kənardan yenidən proseslərə provokativ addımlar atmaqla müxtəlif don geyindirməyə çalışsalar da, inşallah arzuları gözlərində qalar. Çünki indiki rəhbərlik onların əksinə bənəniyarlıların bu dövləti canlarından çox sevdiyini yaxşı bilir. Buna görə də hazırkı rəhbərliyin atdığı addımları dəstəkləyir, haqq və ədalətin öz yerini tapmasına yardımçı olacağımıza, provokativ addımlara imkan verməyəcəyimizə inanırıq.

Haqqın-ədalətin öz yerini tapması üçün bütün səylərimizi ortaya qoymağa, bir naxçıvanlı olaraq hər hansısa köməyə ehtiyac yaranarsa, rəhbərliyə hər bir köməyi etməyə hazırıq.

Bugünkü sevindirici xəbərə görə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, daxili işlər naziri Süleyman Nemətova öz adımdan və kəndimizin bir sıra sakini adından təşəkkür edirəm", - jurnalist deyib.

Xatırladaq ki, Bənəniyar hadisələri 2009-cu il dekabrın 27-də baş vermişdi. Polis kənd sakinlərinin Aşura mərasiminə müdaxilə etmiş, iştirakçılardan bəziləri saxlanılmışdı. Kənd sakinlərindən Yunis Əliyev bütün bunlara etiraz olaraq Polis şöbəsinin qarşısında özünü yandırmışdı. Bu hadisə kənd sakinlərinin Polis şöbəsinin qarşısında etiraz aksiyası keçirməsinə səbəb olmuş və Bənəniyara daxili qoşun hissələri yeridilmişdi.

2010-cu il yanvarın 5-də sakinlərin bir neçə gün davam edən etiraz aksiyası dağıdılmış, həbslər həyata keçirilmişdi. Hadisələr nəticəsində saxlanılan Bənəniyar sakin Rza Nuriyev bir neçə gün sonra vəfat etmişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6934   Tarix: 03 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr