"Avroviziya-2023"də Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimi üçün qəbul vaxtı uzadılıb
"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Avroviziya-2023" müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimi üçün çoxsaylı müraciətləri nəzərə alaraq qəbul vaxtını uzadıb.
Bu barədə İctimai Televiziyadan məlumat verilib.
Seçimlərdə iştirak etmək istəyən Azərbaycan ifaçıları və bəstəkarları 15 yanvar saat 22:00-dək öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və "Avroviziya" üçün hazırlanmış yeni mahnılarını [email protected] elektron ünvanına göndərməlidirlər.
Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və "Avroviziya" mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.
Qeyd edək ki, "Avroviziya-2023" mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində baş tutacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mələkxanım Eyubovanın ailəsində ağır itki
Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!
18 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrİlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
6 oktyabr"Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın
29 sentyabrRöya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
1 oktyabrSamir Bağırov bu səbəbdən depressiyaya düşüb
Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər
29 sentyabr"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabr