Tələbələrin də təqaüdləri artırıldı - Siyahı
Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılıb.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilib.
Dövlət başçısının digər Fərmanı ilə Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
Magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
Bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.
Orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;
akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;
akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.
Peşə təhsili müəssisələrində:
akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;
akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;
akademik göstəriciləri "3"–"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2884 Tarix: 13 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021