"Əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir" - DEPUTAT

"Əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir" - DEPUTATXəbər verdiyimiz kimi, Azərbaycan Republikasının Prezidenti İlham Əliyev tərəfindən sosial müavinətlərin və şəhid ailələri üçün təyin olunan Prezident təqaüdünün artırılması ilə bağlı sərəncam imzalanıb. Eləcə də dövlət başçısının digər sərəncamları ilə tələbələrin təqaüdləri, yeni doğulan uşağa görə verilən müavinət artırılıb. Eyni zamanda müəyən qurumlarda çalışanların əmək haqları da 15% artırılıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün cənab Prezident tərəfindən imzalanan sərəncamlar insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənib:

"Bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bilirsiniz ki, bir neçə gün öncə cənab Prezidentin müvafiq sərəncamları ilə minumum əmək haqqı 345 manat, pensiya isə 280 manata qaldırıldı. Bu gün imzalanan sərəncamlar vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların davamıdır. Ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi cənab Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Davamlı olaraq dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirlər və atılan addımlar sayəsində ölkəmizdə vətəndaşların layiqli həyat şəraiti təmin edilir. Ümumilikdə, ölkəmizdə minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10,0 dəfə yüksəlib. Dövlət tərəfindən atılan addımlar bir daha göstərir ki, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir".

Deputat vurğulayıb ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsidir:

"Bu gün dövlət başçısının imzaladığı sərəncamlarla şəhid ailələrinə və müharibə əlillərinə verilən təaqüdlər də artırıldı. Son 4 ildə şəhid ailələrininə və müharibə əlillərinə verilən müavinət 2,5 dəfə artıb. Cənab Prezidentin bu gün imzaladığı sərəncamlar ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində atılan addımların davamıdır.

Bundan əlavə, bu il şəhid ailəsi və müharibə əlillərinə azı 1500 mənzilin veriləcəyi gözlənilir. Bilirsiniz ki, dövlət başçısının imzaladığı müvafiq sərəncam ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Ötən il bu kateqoriyadan olan ailələrə 1500 mənzil verilib. Şəhid ailələri və müharibə əlilərinin sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılmaqdadır. Əminəm ki, bundan sonrakı dövrlərdə də dövlət tərəfindən bu kimi tədbirlər görüləcək".

İqbal Məmmədov söyləyib ki, ümumi əlilliyə və yaşa görə müavinət alan şəxslərin müavinətləri ilə 3 dəfə artıb:

"Bu gün cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla yeni doğulan uşağa görə verilən müavinət 4,6 faiz artırılaraq 500 manata çatdırılıb. 1941-1945-ci ildə baş verən Böyük Vətən müharibəsi iştirakçılarına verilən müavinətlər 2,7 dəfə artırılıb. Dövlət başçısının bu gün imzalanmış sərəncamları 660 min nəfəri əhatə edir. Son bir neçə gündə cənab Prezidentin imzaladığı sərancamların əsas məqsədi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsidir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1209   Tarix: 13 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021