12 yaşlı Filizin anası: "Övladımın vəziyyəti çox pisdir" - FOTO
12 yaşlı Filiz Cəfərova anadangəlmə miopatiya xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Rəmziyyə Cəfərova məlumat verib.
O bildirib ki, övladının əməliyyat olunması üçün 28 000 dollara ehtiyac var:
"Dörd övladım var, dördü də xəstədir. Qızım Filiz iflicdir, əkiz övladlarım ürək qüsurlu, digər övladımın isə gözündə problem var. Özümüz kirayədə yaşayırıq. Evdə işləyən tək yoldaşımdır. Uşaqların müalicəsi, kirayə pulu inanın ki, çatdıra bilmirik".
Rəmziyyə Cəfərova qızının 11 ildir bu xəstəlikdən müalicə aldığını deyib:
"Filiz yaşıdları kimi oturub-dura, gəzə bilmir. Övladımın vəziyyəti çox pisdir. İmkanlı şəxslərdən övladıma yardım göstərmələrini xahiş edirəm. İnanın ki, bizim buna heç cür imkanımız çatmır".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, vətəndaş Cəfərova Filiz Daşdəmir qızı ilə bağlı müraciət araşdırılıb. Valideyn övladının aşağı ətrafda amputasiya əməliyyatı icra olunması üçün köməklik göstərilməsini xahiş edib. Vətəndaşa tibbi xidmətin icbari tibbi sığortanın "Xidmətlər zərfi" çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində mümkünlüyü barədə məlumat verilib. Lakin valideyn imtina edərək tibbi xidmətin yalnız ölkədən xaricdə göstərilməsini xahiş edib.
Ailə ilə əlaqə üçün: 070 892 91 11




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1810 Tarix: 13 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr