"Ölkə əhalisinin sosial müdafiəsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır" - DEPUTAT
"Bu gün cənab prezidentin imzaladığı sərəncamlar 660 min nəfəri əhatə edir".
Bunu Sonxeber.az-a danışan deputat Cəbi Quliyev deyib.
Deputat qeyd edib ki, cənab prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamların əsas məqsədi əhalinin aztəminatlı hissəsinin sosial rifahının yaxşılaşdırılmasıdır:
"Bilirsiniz ki, ilk olaraq ölkədə minimum əmək haqqı 345 manata, pensiya isə 280 manata qaldırıldı. Bu gün isə dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla bir sıra şəxslərin müavinətləri, əməkhaqları artırıldı. Bilirsiniz ki, bu il imzalanan sərəncamlarla artırılan əməkhaqları, pensiyalar və təqaüdlər cənab Prezidentin 2019-cü ildən bu yana imzaladığı, həyata keçirdiyi dördüncü sosial islahatlar paketidir.
Bu gün dövlət başçısının imzaladığı sərəncamlarla şəhid ailələrinin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərin və Əfqanıstanda sovet ordusu tərkibində vəzifə borcunu yerinə yetirərkən həlak olanların ailələrinə verilən təqaüdlər də artırıldı. Cənab prezidentin bu gün imzaladığı sərəncamları ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində atılan addımların davamı kimi də qiymətləndirmək olar. Şəhid ailələrinə və vətən müharibəsi əlillərinə hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bir neçə gün öncə cənab prezident yerli telekanallara müsahibəsi zamanı bu il şəhid ailələrinə və müharibə əlillərinə azı 1500 mənzil veriləcəyini də vurğulayıb. 2022-ci ildə bu kateqoriyadan olan ailələrə 1500 mənzil verilib. Mütəmadı olaraq onların sosial durumunun və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılmaqdadır. Əminəm ki, bundan sonrakı dövrlərdə də dövlət tərəfindən bu kimi addımlar davam etdiriləcək".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin bu gün imzaladığı digər sərəncamlarla yaşa və ailə başçısının itirilməsinə görə, 5 yaşından çox uşağı olan qadınlara verilən müavinət, eləcə də doğuma və dəfn prosesinə aid müavinətlərin məbləği xeyli artırılacaq:
"Həmçinin, cənab prezident tələbə təqaüdünün artırılması ilə bağlı da sərəncam imzalayıb. Bu sərəncamı dövlətimizin təhsilimizə verdiyi növbəti dəstək kimi də qiymətləndirmək olar. Tələbə təqaüdünün artırılması tələbələrin sosial rifahının müsbət şəkildə dəyişməsinə və onların ailələrindən asılılığının azalmasına kömək edəcək.
Deputat sonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən atılan addımların bundan sonra da davam edəcəyini qeyd edib:
"Vətəndaş rifahının təminatı, ölkə əhalisinin sosial müdafiəsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır. Düşünürəm ki, bundan sonra da ölkə başçısı tərəfindən bu istiqamətdə atılan addımlar davamlı olacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva