"Bu gün imzalanan sərəncamlar dövlətin vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı növbəti addımlarıdır" - DEPUTAT
"Bu il imzalanan sərəncamlarla artırılan əməkhaqları, pensiyalar və təqaüdlər cənab Prezidentin 2019-cü ildən bu yana həyata keçirdiyi dördüncü sosial islahatlar paketidir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, ölkə başçısı tərəfindən bu gün imzalanan sosial yönümlü sərəncamlar dövlətimizin vətəndaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində atılan növbəti addımdır:
"Bu gün imzalanan sərəncamlar ümumilikdə 660 min nəfəri əhatə edəcək. Bir neçə gün öncə ölkə başçısının imzaladığı sərəncamla minumal əmək haqqı 345 çatdırıldı. Bu gün isə müəyən qurumlarda çalışanların əmək haqları da 15% artırılıb. Bundan əlavə dövlət başçısının imzaladığı digər sərəncamlarla yaşa və ailə başçısının itirilməsinə görə, 5 yaşından çox uşağı olan qadınlara verilən müavinət, eləcə də doğuma və dəfn prosesinə aid təyin olunan müavinətlərin məbləği xeyli artırılacaq".
Deputat vurğulayıb ki, bu gün dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla şəhid ailələrinə və müharibə əlillərinə verilən təaqüdlər də artırıldı:
"Son 4 ildə şəhid ailələrininə və müharibə əlillərinə verilən müavinət 2,5 dəfə artıb. Mən cənab prezidentin bu gün imzaladığı sərənacamları ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi və problemlərinin həlli istiqamətində atılan addımların davamı kimi dəyərləndirirəm. Bilirsiniz ki, dövlət başçısının imzaladığı müvafiq sərəncam ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bu proqrama əsasən bu il şəhid ailəsi və müharibə əlillərinə 1500 mənzil verilməsi gözlənilir. Qeyd edim ki, keçən il şəhid ailəsi və müharibə əlillərinə 1500 mənzil verilib. Ümumilikdə düşünürəm ki, bu kataqoriyadan olan ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması və üzləşdikləri problemlərin həlli istiqamətində dövlət tərəfindən atılan addımlar davam etdiriləcək".
Deputat söyləyib ki, bu gün dövlət başçısı tələbələri də unutmadı:
"Belə ki, cənab prezidentin imzaladığı fərmanla ali məktəb tələbələri üçün nəzərdə tutulan Prezident təqaüdünün məbləğinin artırılıb. Bu fərman tələbələrin sosial durumunu yaxşılaşdırmaqla yanaşı, təhsilə olan marağı daha da artıracaq. Ümumilikdə bu bir neçə gün ərzində cənab prezident tərəfindən imzalanan sərəncam və fərmanların məqsədi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasıdır. Əminəm ki, dövlət tərəfindən atılan bu kimi addımlar bundan sonra da davam edəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva