Sabiq məmurun oğlanları dörd kəndə gedən suyu kəsiblər?
Goranboy rayonunun dörd kəndi illərdir ki, susuzluqdan, xüsusən də suvarma suyunun çatışmazlığından əziyyət çəkir.
Bu şikayətlə Bizim.Media-ya rayonun Tatarlı kənd sakinləri adından Sahib Məmmədov müraciət edib.
Onun sözlərinə görə Goranboyun Səfikürd, Qızılhacılı, Tatarlı və Balakürd kəndlərinin suvarma suyu kəsilib. Buna səbəb isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığıdır:
"Qaraçay çayından kəndimizə su gəlirdi. İndi o suyu qurudublar. Qarqucaq kəndindən bu tərəfə o suyu keçməyə imkan vermirlər. Su məsələsi qaldıran kimi də deyirlər ki, "keçmiş baş prokuror Zakir Qaralovun oğlanları kəsib suyunuzu. Bizlik bir şey yoxdur". Belə çıxır ki, Zakir Qaralovun oğlanları Qaraçaya yiyələnib və dörd kəndin suyuna qənim kəsiliblər. Həyətyanı, pay və əkin torpaqlarımızı suvarmağa su tapa bilmirik, məhəllələrdə meyvə ağaclarımız quruyub, əkinlərimiz də batıb.
Hərəmizə məxsus 14-15 hektar meyvə bağlarımızda ağaclar susuzluqdan quruyur. Tək bizdə, deyil eyni problemlə digər kənd sakinləri də üz-üzədir. Artezian quyusu isə yoxdur. İcra başçısı iki aydan bir kənddə yığıncaq keçirir, müəyyən vədlər verir, amma problem yenə də eyni... Goranboy Suvarma Sistemləri İdarəsi isə istədiyini edir. Elə ki, şikayət edirik, suyu buraxırlar. Səssiz qalanda, yenə su yoxdur. Mən anlamıram təbiətin suyuna necə yiyələnmək olar?"
Şikayətçi əlavə edib ki, Goranboyun torpaqları çox məhsuldardır, hətta sitrus meyvələrinin yetişdirilməsi üçün də yararlıdır. Amma suyun olmaması çəkilən zəhməti də hədər edir.
Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov açıqlamasında suvarma suyu ilə bağlı problemin olduğunu təsdiqləsə də, cavabı maraqlı və absurd olub:
"Suvarma suyu ilə bağlı problem Goranboyun hər bir kəndində var. Tatarlı kəndinə su Qaraçaydan gəlir. Çayda isə su yoxdur, quruyub və azalıb. Tatarlıya qədər isə 14 kənd var, gəlib çatmır. Sakinlər də, mən də heç nə edə bilmərik. Bu, təbiətin şıltaqlığıdır".
Artezian quyusunun qazılmasına gəlincə, İlqar Məhərrəmov yalan-doğru bu istiqamətdə işlər görüləcəyini deyib. O deyib ki, bu il Tatarlı kəndində bir artezian quyusunun qazılması nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1476 Tarix: 14 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021