Tələbə təqaüdləri: Azərbaycanda və digər ölkələrdə - MƏBLƏĞ
Yeni sosial islahat mərhələsi çərçivəsində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamla tələbə və doktorantların təqaüdləri artırılıb. Fərmana əsasən, 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.
Dövlət başçısının sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən:
Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400 manata,
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
magistratura səviyyəsi üzrə akademik göstəriciləri
- 91–100 bal olan tələbələr üçün – 195 manata,
- 71–100 bal olan tələbələr üçün – 160 manata,
- 51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılır;
bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri
- 91–100 bal olan tələbələr üçün – 175 manata,
- 71–100 bal olan tələbələr üçün – 145 manata,
- 51–100 bal olan tələbələr üçün – 100 manata çatdırılır;
Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:
- 91–100 bal olan tələbələr üçün – 100 manata,
- 71–100 bal olan tələbələr üçün – 80 manata,
- 51–100 bal olan tələbələr üçün – 66 manata çatdırılır;
Peşə təhsili müəssisələrində akademik göstəriciləri:
"5" (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün – 100 manata,
"4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün – 80 manata,
"3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.
Artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.
Bəs, digər ölkələrdə tələbə təqaüdləri nə qədərdir?
1. Rusiyada tələbələrin aylıq təqaüdü 40 dollar,
2. Belarusda tələbələrin təqaüdü 53 dollardır.
3. Ukrayna tələbələri 80 dollar təqaüd alır.
4. Qazaxıstanda təqaüd orta hesabla 184 dollar təşkil edir.
5. Fransada tələbə təqaüdləri 350 avrodır.
6. Liviya və Səudiyyə Ərəbistanında tələbələr 700 dollar təqaüd alırlar.
7. Küveytdə subay tələbələrə 700, ailəlilərə isə 1200 dollar təqaüd verilir.
8. İtaliyada tələbələr üçün təqaüd 840 avrodur.
Qeyd edək ki, statistik məlumatlara əsasən, Azərbaycanda ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sayı 141 274 nəfərdir. Ümümi tələbə sayı isə 163 779 təşkil edir. Tələbələrdən 53 408-ü təqaüd alır. Faiz nisbətilə götürdükdə tələbələrin 37,8 faizinə təqaüd verilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva