Saatlıda baytar məsuliyyətsizliyi fermerə böyük ziyan vurdu - VİDEO

Saatlıda baytar məsuliyyətsizliyi fermerə böyük ziyan vurdu - VİDEOSaatlı rayonunda baytarların səhlənkarlığı maldarlıqla məşğul olan fermer Vüqar Ağayevin təsərrüfatına böyük ziyan vurub.

Bu barədə Redaktor.az-a müraciət edən V.Ağayevin sözlərinə görə, iyul-avqust ayında onun heyvanları çiçək xəstəliyi əleyhinə peyvənd olunmadığı üçün təsərrüfatında 80-dək quzu bu xəstəlikdən tələf olub.

Məsələni araşdırmaq üçün üçün Saatlı rayonuna üz tutub Vüqar Ağayevin təsərrüfatına baş çəkdik və orda yaşanan dəhşətli mənzərənin şahidi olduq. Həqiqətən də 2-3 həftəlik körpə, əmlik quzuların cəsədlərindən qalaq yaranmışdı. Təsəsrrüfatın çobanı Malik Tarverdiyevin sözlərinə görə, bu quzular avqust ayından məcburi çiçək əleyhinə peyvənd olunmalıydı. Lakin rayon baytarlıq idarəsinin səhlənkarlığı, işinə məsuliyyətsiz yanaşması səbəbindən, başqaları nədənsə yaddan çıxmadığı halda Vüqar Ağayevin heyvanlarının vaksinasiyasını unudublar.

Malik Tarıverdiyevin bildirdi ki, vəziyyətin kəskinləşdiyini görəndən sonra rayon baytarlıq idarəsi onun heyvanlarına çiçək əleyhinə iynə vurub, o da lazımi öldüdə vurulmadığı üçün daha da mənfi təsir edib. Bu azmış kimi baytarlar ona deyiblər ki, gəl bu heyvanların vaxtında vaksin olunmaları barədə sənədə qol çək.

Digər bir tərəfdən həmin dərmanlar xəstəliyi önləmək üçün əvvəlcədən heyvanlara vurulur. Xəstəliyə tutulan heyvana heç bir dərman kömək etmir, yazıq quzular qaşındıqları üçün özlərini dişləri ilə didə-didə ölürlər.

Məsələyə aydınlıq gətirmək üçün Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvan sağlamlığı və Baytarlıq İdarəsinin rəisi Bəhmən Namazovla görüşdük. Bəhmən müəllim əvvəlcə heyvanların xəstələnməsini maraqlı səbəblərlə əlaqələndirdi. Gah dedi ki, başqa rayonun sakini ola bilsin həmin fermaya gəlib, onun ayaqqabındakı xəstəlik də fermadakı heyvanlara keçib. Gah da fermaya gələn maşınların təkərində xəstəlik olub ordan da heyvanları yoluxdurduğunu iddia etdi. Qısası, həqiqətən də bu, dırnaqarası səbəblər bizi bir az güldürdü.

Vəziyyətin gülünclüyünün ciddiliyini başa düşəndən sonra Bəhmən həkim Kənd Təsərrüfatı Nazirliyini günahlandırdı ki, vaksinləri lazımi sayda və vaxtında göndrməyiblər.

Gecə-gündüz yatmadan heyvanlarının əziyyətini çəkən fermerlərə dəyən 20-30 min manatlıq ziyanı Bəhmən müəllimin nəzərinə çatdirdıqda çiyinlərini çəkib qısa dedi: "İndi olub da..."

Bəhmən müəllim, bizə məsələni yemək stolu ətrafında, onun təbirincə desək "dədə-baba" qaydası ilə müzakirə etməyi təklif etdi. Görünür, Kənd Təsərrüfatı Nazirliyində onu belə öyrədiblər...

Kənd Təsərrüfatı Nazirliyi demişkən, Bəhmən Namazov vaksinasiya işinin vaxtında təşkil edə bilmədiklərinə görə tabe olduğu nazirliyi günahlandırdığı üçün biz də ənənəmizə sadiq qalıb, sözügedən qurumdan da bu məsələyə münasibət öyrəndik. Özü də Bəhmən Namazovun birbaşa rəisi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Dayandur Rzayevdən.

Dayandur müəllimin isə cavabı belə oldu: "Gedin Bəhmən Namazovu verin məhkəməyə, əgər günahı sübut olunsa biz də cəzalandıracağıq..."

Sözügedən məsələ barədə Redaktor.az saytının geniş video-materialını təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1800   Tarix: 14 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021