TV-lərdə təhlükəli dərman reklamları - Ekspert həyəcan təbili çalır
Son vaxtlar tez-tez yerli televiziyalarda dərman preparatlarının reklamı ilə qarşılaşırıq. Hətta sözügedən reklamlarda bu dərmanların reseptsiz qəbul edilə biləcəyi də vurğulanır. Lakin ekspertlər hesab edirlər ki, hansısa dərmanın həkim tövsiyəsi olmadan qəbul edilməsi məqsədəuyğun deyil və müəyyən fəsadlara yol aça bilər.
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan tibb eksperti Adil Qeybulla bildirib ki, dərman vasitələrinin reklamı düzgün deyil:
"Dərman vasitələrinin reklamı qətiyyən doğru deyil. Avropada dərman vasitələrinin reklamı qadağan olunub. Reklam kommersiya məqsədi daşıyır, dərman vasitəsi isə sırf satış məqsədi daşıya bilməz. İstənilən dərmanı ancaq həkim məsləhəti ilə qəbul etmək lazımdır. Buna görə də dərmanın reklamını etmək olmaz. Çünki reklam varsa, hər hansı bir şəxs reklama inanıb həkim məsləhəti olmadan onu alıb istifadə edəcək. İnsan orqanizmləri fərqli olduğu üçün birinə çox yaxşı təsir edən dərman digərinə çox pis təsir edə bilər.
Məsələn, bəzi televiziyalarda uşaqlar üçün qurd əleyhinə dərman reklam olunur. Kimsə alıb bu dərmanın müsbət təsirini görürsə, bu, o demək deyil ki, hər kəsə eyni təsir edə bilər. Valideynlər çox diqqətli olmalı, belə reklamlara aldanmamalıdır".
Məsələ ilə bağlı saytımıza danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da qeyd edib ki, Azərbaycanda bəzi işbazlar əhalinin güvənindən istifadə edərək, zərərli dərman vasitələrinin reklamını həyata keçirirlər:
"Təəssüf ki, bəzi işbazlar insanların güvənindən istifadə edərək, zərərli və keyfiyyətsiz dərman vasitələrinin reklamını həyata keçirir və bundan külli miqdarda gəlir əldə edirlər. Ümumiyyətlə, sosial şəbəkə və televiziyalar üzərindən reklam olunan dərman vasitələrinin 70 faizi saxtadır və insan orqanizminə çox zərərlidir".
E.Hüseynov vurğulayıb ki, belə dərman vasitələrinin reklamını həyata keçirən qurum da məsuliyyət daşıyır:
"Vətəndaş TV-də reklam olunan dərmanı alıb, ziyanını görürsə, məhkəməyə müraciət edə bilər. Daha sonra məsələ araşdırılmalı, reklam edən şəxs məsuliyyətə cəlb olunmalıdır. Azad İstehlakçılar Birliyi dərman vasitələrinin reklamının mümkün qədər azaldılması istiqamətində işlər aparır. Amma bəzi televiziyalar sırf gəlir əldə etmək üçün dərmanları reklam etməyə davam edirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1093 Tarix: 15 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021