Bəzi QHT-lərin dövlət dəstəyi ilə yaradılmış saytları niyə fəaliyyətsizdir? – ARAŞDIRMA

Bəzi QHT-lərin dövlət dəstəyi ilə yaradılmış saytları niyə fəaliyyətsizdir? – ARAŞDIRMACəmiyyətdə yeni münasibətlər modelini formalaşdırmaq, vətəndaş təşəbbüsünü artırmaq, milli maraqların qorunmasını təmin etmək, Azərbaycan həqiqətlərini və haqlı mövqeyini dünyaya çatdırmaq üçün qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə böyük ehtiyac var. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən III sektor təmsilçilərinin ən müxtəlif layihələri maliyyələşdirilir. İnsafən, bu maddi dəstək müqabilində bir çox QHT-lər tərəfindən ortaya sanballı iş qoyulur.

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Bu çərçivədə atılan addımlardan biri də müxtəlif sahələri əhatə edən, cəmiyyətin maariflənməsinə töhfə verən onlayn media resurslarının – saytların yaradılmasıdır. Bu, müsbət haldır və birmənalı olaraq təqdir edilir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, vaxtilə yaradılan belə saytların bir qismi hazırda işlək vəziyyətdə deyil. Halbuki əhalinin maariflənməsində, informasiya müharibəsinin aktuallığını itirmədiyi indiki dövrdə həmin saytların fəaliyyət göstərməsi zəruridir. Amma di gəl ki, bir-iki il mövcudluğunu qoruyan bu saytlar indi fəaliyyətsizdir. Əgər bir-iki ildən sonra bu saytlar mövcud olmayacaqsa, nə üçün dövlət səviyyəsində onların yaradılmasına dəstək göstərilməli, bu işə maliyyə vəsaiti xərclənməlidir? Buna bir nəzarət mexanizmi varmı?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələr departamentinin müdiri Elnur Bağırlı mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum III sektor təmsilçilərinin müxtəlif istiqamətlərdə təqdim etdikləri saytların yaradılması və saxlanması istiqamətində layihələrə dəstək olur. Onun sözlərinə görə, saytların yaradılması və onların saxlanılması Agentlik və QHT arasında bağlanmış qrant müqaviləsi ilə tənzimlənir: "İnternet saytı yaradılması nəzərdə tutulan layihələr üzrə hazırlanmış saytlar müqavilə öhdəliyinə görə 3 il müddətində aktiv fəaliyyət göstərməlidir. Bu öhdəlik qrant müqaviləsinin müvafiq bəndində QHT-nin vəzifəsi kimi qeyd olunub. QHT-lər Agentliyin qrant müsabiqəsi çərçivəsində hazırlanmış saytların həm işləkliyini, həm də akvitliyini 3 il müddətində təmin etməlidirlər. Agentlik olaraq biz də ildə bir dəfə hazırlanmış saytların monitorinqini aparırıq. Burada əsas meyar saytın aktivliyi və yenilənməsi götürülür. Əgər sayt qeyd olunan kimi aktiv deyilsə və ya yenilənmirsə, bu haqda qeyri-hökumət təşkilatı rəsmi olaraq xəbərdar edilir. Bildiyimiz kimi Agentlik 2021-ci ildən fəaliyyət göstərir. 2021-ci il kiçik qrant müsabiqəsi çərçivəsində 20-dən çox saytın yaradılması və saxlanılması üçün vəsait ayrılıb. Layihələrin hesabatları qəbul edilib və hazırlanmış saytlar aktiv fəaliyyət göstərir".

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib ki, istər Şura, istərsə də Agentlik dövründə bir çox QHT-lərin təqdim etdikləri layihələr əsasında müxtəlif saytlar yaradılıb. O, Agentlik dövründə yaradılan saytların funksional olaraq hazırda işlək vəziyyətdə olduğunu diqqətə çatdırıb. Şura dövründə QHT layihələri əsasında yaradılan və hazırda fəaliyyət göstərməyən saytlara gəlincə, A.Allahverənov deyib ki, maliyyələşdirilən layihələrin davamlılığı arzu olunandır: "Müxtəlif layihələr əsasında yaradılan saytlar davamlılıq baxımdan daha geniş imkanlara və əsaslara malikdirlər. Təəssüflər olsun ki, 4-5 il, hətta daha əvvəl yaradılmış bəzi saytlar bu reallıqlara baxmayaraq hazırda fəaliyyətsizdirlər. Halbuki yeni yaradılan sayt normal fəaliyyət göstərdiyi təqdirdə qısa müddətdə populyarlaşır, oxucu auditoriyası toplayır, layihə sahibinə reklam gəlirləri gətirməklə özü-öz maliyyələşməsini təmin edə bilir. Bəzi QHT-lərin bu imkanlardan yararlanmaması məyusluq doğurur. Bu, ya saytların idarə edilməsini bilməməkdən, ya da uzunmüddətli konseptual baxışın olmamasından qaynaqlanır. Nəticə etibarilə görülən iş yarımçıq qalır. Bu, həm də dövlət vəsaitinin qeyri-rasional xərclənməsidir. Ortaya elə bir yanaşma qoyulmalıdır ki, auditoriya, hədəf qrupları düzgün müəyyənləşdirilsin, davamlılıq və faydalılıq təmin olunsun. Bu çərçivədə yaradılan hər hansı saytın uzunömürlü olması üçün kommunikasiyanın yüksək səviyyədə qurulması da vacib şərtlərdən biridir".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov da təəssüflə vurğulayıb ki, Şura dövründə bəzi QHT layihələri əsasında yaradılan önəmli saytların böyük əksəriyyəti hazırda işləmir. O bildirib ki, belə hallara indiki dönəmdə də rast gəlinir: "Bir çox QHT-lər layihə təkliflərilə çıxış edərkən müəyyən saytların yaradılması ideyasını irəli sürürlər. Biz buna çox həssas yanaşırıq. Belə layihələrin böyük əksəriyyəti maliyyələşdirilməyib. Səbəb budur ki, aparılan monitorinqlər vaxtilə hazırlanmış saytların ümumiyyətlə işlək olmadığını ortaya çıxarıb. Yaxud sayt yaradılarkən yerləşdirilən məlumatlar ötən vaxt ərzində yenilənməyib. Bu o deməkdir ki, həmin sayt heç bir əhəmiyyət daşımır, ayrılan vəsait düzgün idarə olunmur. Əgər bu sayt yenilənməyəcəksə, davamlılığı təmin olunmayacaqsa, onun yaradılmasına dövlət vəsaitinin xərclənməsi əbəsdir. Belə layihələr birmənalı olaraq maliyyələşməməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 723   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr