"Təşkilat üçün hansısa humanitar məqsədlər,insan hüquqları yox, konkret "maraqlar" önəmlidir" - ŞƏRH

"Təşkilat üçün hansısa humanitar məqsədlər,insan hüquqları yox, konkret "maraqlar" önəmlidir" - ŞƏRH"Dünya və Avropanın müasir siyasi tarixində korrupsiya ittihamlarının yol tapdığı və təsdiqləndiyi azsaylı beynəlxalq mexanizmlərdən olan Avropa İttifaqı hər hansı məsələ ilə bağlı ümumiləşmiş fikir söyləmək, bəyanat və tövsiyə vermək haqqını itirib. Korrupsiyalaşmış lobbi təşkilatına çevrilməsi Avropa Parlamentinin, hətta bərabər mənafelərə bərabər münasibət ifadə etdiyi məsələlərdə belə qərəzli və "maraqlı" olması şübhəsi yaradır. Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qətnamə də eyni qəbildəndir, humanitar məqsədlərə xidmət etmir, qeyri-obyektiv və ədalətsiz, heç bir araşdırmaya əsaslanmayan məqsədli məzmuna malikdir və ən əsası legitim sayıla bilməz. Bu mənada Milli Məclisin və Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə dair kəskin mövqeyi yüksək qiymətləndirilməli, beynəlxalq hüquq prizmasından haqlı və tutarlı hesab edilməlidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, ilk növbədə ona görə ki, sənədin radikal məzmunu Beynəlxalq hüququn 10 ümumtanınmış prinsiplərindən ən azı 3-nə ziddir.

"Açıq mətnlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya "blokadaya alınması"nı ifadə etməsi beynəlxalq hüququn "Dövlətlərin ərazi bütövlüyü" və "Dövlət sərhədlərinin toxunulmazlığı" prinsiplərini kobud surətdə pozur.
Digər tərəfdən, Azərbaycan 44 günlük müharibədən sonra sərhəd bütövlüyünü təmin etmişdir və cənab İlham Əliyevin də dediyi kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında baş verənlər, oradakı erməni əsilli vətəndaşlarla iş bizim daxili məsələmiz olduğu üçün Avropa Parlamentinin qəbul etdiyi sənəd, eyni zamanda beynəlxalq hüququn "Dövlətlərin daxili məsələlərinə qarışmamaq" prinsipinə ziddir. Xüsusən Azərbaycan paytaxtında 30 min erməninin yaşadığı və Azərbaycanda erməni əsilli vətəndaşlara qarşı hər hansı ayrı-seçkilik müşahidə olunmadığı şəraitdə.
Ən nəhayət, əgər qətnamə Qarabağ iqtisadi rayonunun dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edirsə, humanitar problemlərlə bağlı Beynəlxalq Qızıl Xaç komitəsinin rəyi nəzərə alınmalı, habelə ərazidə blokada olub-olmaması, mülki yük və sərnişinlərin daşınmasında maneə yaradılıb-yaradılmaması ilə bağlı rəy alınmalı idi. Lakin belə bir rəy olmadan Qızıl Xaçın mandatına aid məsələlərə dair bəyanatlar, ümumiyyətlə, siyasi cəhətdən də etik deyil və görünür, korrupsiya maraqları və Fransanın Avropa Parlamentində manevr imkanları təşkilatı bu kimi ilkin şərtləri görməzdən gəlməyə vadar edir. Avropa Parlamenti, vətəndaşlarımızın Azərbaycan Konstitusiyası və 1950-ci il Avropa Konvensiyası, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Pakt başda olmaqla, 10-dan çox beynəlxalq sənədlə təsbit olunmuş azadlıq, sərbəst toplaşmaq, ətraf mühitin əsl vəziyyətinə dair məlumat almaq kimi hüquqlarını tanımamaqla, əslində, insan hüquqlarına olan münasibətini ifadə edir. Bu mənada aydındır ki, Təşkilat üçün hansısa humanitar məqsədlər, yaxud insan hüquqları yox, konkret "maraqlar" önəmlidir. Ona görə də, möhtərəm Prezidentimizin də dediyi kimi, Avropa Parlamentinin bu cür sənədlərinin bizim üçün heç bir dəyəri yoxdur, sadəcə kağız parçasıdır. Bu sənəd də tarixdə sadəcə olaraq, diplomatik müstəvidə ard-arda məğlubiyyətə düçar olan Fransa prezidentinin "inciklik" kompleksinin növbəti rəzaləti və Beynəlxalq parlamentarizm adına ləkə kimi qalacaq".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1625   Tarix: 23 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr