Park Cinema-da "Sevda mecburi istikamet" adlı türk filminin qalası baş tutub
19 yanvar tarixində "Park Cinema Flame Towers"da həyata keçən premyerada ekran işinin baş rolları Selçuk Yöntem, Kubilay Aka və Selin Şekerci də iştirak edib.
"Turanın səsi " xəbər verir ki , Selçuk Yöntem film haqqında danışıb: "Burda olduğumuz üçün, filmimizi sizinlə bölüşdüyümüz üçün çox xoşbəxtik. Filmdə insanları həm əyləndirəcək həm də hüzünləndirəcək məqamlar var, izlədikdən sonra nədən bəhs etdiyimi daha yaxşı anlayacaqsınız".
Kubilay Aka isə Bakı haqqında təəsüratlarını bölüşüb: "Bizi çox gözəl qarşıladınız. Bakıda ilk dəfədir oluram və şəhərinizi insanlarınızı çox sevdim. Həqiqətən də sanki, başqa ölkəyə yox, qonşu şəhərə gəlmişik".
Bir tərəfi Azərbaycanlı olan aktrisa Selin Şekerci: " Bizi yenə çox yaxşı qarşıladınız, bura hər gəldiyimdə özümü qonaq kimi deyil sizdən biri kimi hiss edirəm, buna görə hər birinizə təşəkkür edirəm. Ümid edirəm filmimizi də çox bəyənərsiniz" – deyə aktrisa qeyd edib.
Qala gecəsi Park Cinema kinoteatrı tərəfindən Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə baş tutub.
Qeyd edək ki, "Sevda Mecburi İstikamet" filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun hekayəsindən bəhs edir. "Yeşilçam"ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır. Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və cütlüyün Suna adlı bir qızı olur. Həyatlarında hər şey yolunda getdiyi anda, Sunaya autizm diaqnozu qoyulur. Tamamilə işinə qərq olmuş Səlimin həyatı Sevdanın xəstəlik xəbərini alanda dəyişir. Sevdanın ölümü ilə Səlim hər şeyi tərk edir və hekayəsini artıq yetkin olan qızı Suna ilə tamamlamağa çalışır.
Filmi izləmək istəyənlər biletləri Park Cinema kassalarından və ya parkcinema.az internet saytından əldə edə bilərlər.

AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 868 Tarix: 23 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr