Evlər gələn aydan daha da bahalaşacaq

Evlər gələn aydan daha da bahalaşacaqHələ 2020-ci ildən başlayaraq bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə dəyər və mənfəət vergisinə cəlb edilməsinin, həmçinin 2021-ci ildən başlayaraq tikinti materialları bazarında kəskin qiymət artımının paytaxtın mənzil bazarında bahalaşmanı qaçılmaz edəcəyi istisna deyildi. Ötən il isə qiymət artımına səbəb olacaq digər amillərin də baş verməsi bahalaşmanın gözləntilərdən daha yüksək olmasına gətirib çıxarıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkə üzrə mənzillərin qiyməti 2021-ci illə müqayisədə 5,8 faiz artıb. O cümlədən, birinci əldən satılan mənzillər üzrə 6,1 faiz, digərləri 5,8 faiz bahalaşıb. 2022-ci ilin 4-cü rübündə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə mənzillərin qiyməti 8 faiz artıb. Lakin ekspertlərin sözlərinə görə, ötən il Bakı şəhərində mənzillərin qiyməti daha çox qalxıb.

Maraqlıdır, mənzillər ucuzlaşa bilərmi? Və ya əksinə, qiymət artmaqda davam edəcəkmi?

Mənzil bazarındakı vəziyyəti "Qafqazinfo"ya şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, ötən il olduqca fantastik qiymət artımı ilə yadda qalıb. Mənzil bazarı üzrə illik qiymət artımı təqribən 30 faizə yaxın olub ki, bu da son 15 ilin ən yüksək göstəricisidir: "Adətən devalvasiyadan sonrakı illər üzrə təhlillər göstərirdi ki, daşınmaz əmlak bazarındakı qiymət dəyişikliyi Azərbaycandakı ümumi iqtisadi artıma adekvatdır. Yəni, birrəqəmli qiymət dəyişiliklikləri baş verirdi. Artım maksimum 5-6 faiz həddində olurdu. Lakin ötən il bu sahədə olduqca fantastik göstərici qeydə alınıb".

Evlər gələn aydan daha da bahalaşacaqMüsahibimiz deyir ki, Bakı şəhərinin bütün ərazilərində qiymət artımı müşahidə olunub: "Müşahidələr göstərir ki, ən çox bahalaşan mənzillər qiyməti 200 min manata qədər olanlardır. Bakı şəhərində ən yüksək qiymətə təklif edilən mənzillər "birinci zona" adlanan ərazilərdədir. Burada yeni tikililərdə mənzillərin 1 kvadratmetrinin orta qiyməti təmirsiz vəziyyətdə 7-8 min manata çatır. Təmirli halda isə qiymət bir az da yüksəkdir. Ən ucuz mənzillər isə təbii ki, şəhərdən kənar olan ərazilərdədir. Buraya Xəzər və Pirallahı rayonları aiddir. Həmçinin, Abşeron rayonunun bəzi ərazilərindədir. Bu ərazilərdə mənzillərin 1 kvadratmetrinin orta qiyməti təxminən 750-800 manatdan başlayır".

Ekspert bahalaşmanın səbəblərinə aydınlıq gətirərkən deyib ki, burada ipoteka kreditlərinin həcminin artımı, ölkənin bəzi hissəsində aparılan yenidənqurma işləri əsas paya malikdir. R. Osmanlı hesab edir ki, işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən vəsaitlərin bir hissəsi daşınmaz əmlak bazarına yönəlir və nəticə etibarilə pul axını bazarda qiymət artımına gətirib çıxarır. Eyni zamanda, baş verən iqtisadi-siyasi-hərbi amillər fonunda Ukraynadan, Rusiyadan ölkəyə insan və pul axını nəticəsində ölkənin istehlak bazarında çox ciddi qiymət artımları, inflyasiyanın yüksəlməsi və s. səbəblər bütövlükdə qiymətin artımasına təsir göstərir.

Evlər gələn aydan daha da bahalaşacaqR. Osmanlı qeyd edib ki, hazırda mənzil bazarında sabitlikdir. Həm alqı-satqı əməliyyatlarının sayı ilin əvvəlinə xarakterik olaraq bir qədər azalıb, həm də, bu istiqamətdə qiymət artımı da dayanıb: "Amma düşünürəm ki, müəyyən bazar iştirakçılarının aktivləşməsindən sonra vəziyyət yəqin ki, dəyişəcək. Bu, hələ ki, bu ayın sonuna qədər baş verməyəcək. Yəqin ki, fevral ayının birinci yarısından etibarən mənzil bazarında dinamika müşahidə edə biləcəyik".

Ekspert Elnur Fərzəliyev də həmkarının fikirlərini bölüşərək ötən il əmlak bazarında ciddi bir canlanma olduğunu bildirib. O, "Qafqazinfo"ya deyib ki, qiymət artımı daha çox köhnə binalarda - "Xruşşov" layihəli və digər istismar müddətini başa vurmuş binalarda olub: "Buna səbəb həmin binaların pilot layihələr çərçivəsində söküntüsü prosesidir. Belə ki, söküntü zamanı vətəndaşa əvəzləşmə ilə verilən yeni tikili binalardakı mənzilin bazar dəyəri köhnə binalardakına nisbətən daha yüksəkdir. Bu baxımdan belə mənzillərə tələb artdı. Bu gün biz qiymətlərə baxsaq, Bakının istənilən metrostansiyalarına yaxın köhnə tikili binalarda 2 il bundan əvvəl təxminən 1 otaqlı "Xruşov" layihəli mənzili 60-65 min manata almaq olardısa, bu gün həmin qiymət təxminən 80 min manatdan yüksəkdir. Düşünürəm ki, köhnə binalardakı qiymət artımı süni formadadır".

Evlər gələn aydan daha da bahalaşacaqE. Fərzəliyev ötən il qiymət artımında Rusiya-Ukrayna müharibəsinin roluna da toxunub. Lakin onun bu barədə fikri həmkarından fərqlidir: "Fikir formalaşdı ki, bu ölkələrdən kütləvi axın olacaq və onlar həmin çıxarışlı mənzilləri alacaqlar. Təbii ki, gözləntilər özünü doğrultmadı. Axın çox az oldu. Gələnlərin əksəriyyəti azərbaycanlılardır ki, onların da böyük əksəriyyətinin Bakı şəhəri və Azərbaycanın bölgələrində əmlakları var. Bu ölkələrdən gəlib Azərbaycanda mənzil alanların sayı ümumi satış portfelinin az hissəsini təşkil edib".

E. Fərzəliyev, həmçinin yeni tikili binalarda da qiymət artımının müşahidə olunduğunu vurğulayıb. Səbəb artıq paytaxtda, o cümlədən mərkəzə yaxın ərazilərdə çoxmənzili binaların tikintisi üçün torpaq sahələrinin məhdud olmasıdır: "Bundan irəli gələrək artıq yeni tikili binalar əvvəlki sayda deyil. Tikilən binalar da köhnə, 4-5 mərtəbəli binaların sökülərək onların yerinə inşa edilənlərdir. Bunun özü də tikintinin maya dəyərini artırır və qiymətin qalxmasına gətirib çıxarır. Bahalaşma metrostansiyalarına, mərkəzə yaxın ərazilərdə, eyni zamanda, Sumqayıt şəhərində, Abşeron rayonunda tikilən yeni binalara aiddir. Təxminən bir neçə il bundan əvvəl Xıralanda yeni tikili binadan təmirsiz mənzilin 1 kvadratmetrini 700 manata almaq olurdusa, hazırda 900 manatdan daha yüksək qiymətə təklif olunur".

Evlər gələn aydan daha da bahalaşacaqEkspert əlavə edib ki, mənzillərlə yanaşı, fərdi həyət evlərində də qiymət artımı baş verib. Nisbətən ucuz mənzillərə gəlincə, E. Fərzəliyev qeyd edib ki, belə daşınmaz əmlaklar bir qayda olaraq şəhərdənkənar ərazilərdə təklif edilir. Bakıətrafı ərazilərdə isə yalnız fərdi yaşayış evlərində olur ki, onların da "çıxarış"ı yoxdur.

Mütəxəssisin sözlərinə görə, qiymət artımı yeni tikilən binalarda davam edəcək. Belə ki, həm tikinti materiallarının qiyməti artıb, həm də tikinti aparmağa yararlı olan torpaq sahələri tükəndiyinə görə onların qiyməti artır. Bu da tikintinin maya dəyəri artırır. Bu səbəbdən də tikinti şirkətləri artıq paytaxtda yeni binalar tikməkdə maraqlı deyil. Binalar yenidən tikilməyə başlasa, qiymət daha yüksək olacaq. İnsanlar bu qiymətlərə öyrəşmədiklərinə görə tikinti şirkətləri istəyirlər ki, bazarda ortalama qiymət formalaşsın və daha sonra tikinti işlərinə start versinlər: "Artıq bir neçə ay bundan əvvəl paytaxtda böyük bir sahədə ərazilərin söküləcəyi ilə bağlı xəbərlər yayıldı. Bu layihə olaraq dövlətə məxsus olsa da, söküntü işlərini özəl sektora aid tikinti şirkətləri aparacaq. Təbii ki, onların da söküntü işlərinə başlaması, yerində yeni bina tikməsi üçün münbit bir bazar, alıcı kütləsi formalaşmalıdır. Yəni, tikiləcək binalar satılmalıdır ki, onların işləri yarımçıq qalmasın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3410   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr