Qəzada yaralanan 13 yaşlı Turan da vəfat etdi
Yanvarın 13-ü Mingəçevir şəhəri Samux küçəsində baş vermiş ağır qəzada yaralanan 13 yaşlı Turan Rəsulzadə dünyasını dəyişib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, dünən Mingəçevir Şəhər Xəstəxanasında vəfat edib. Ondan bir neçə gün əvvəl isə həmin qəzada yaralanan 1962-ci il təvəllüdlü Yolçu Cavadov da həyatını itirib. Beləliklə, dəhşətli yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
Xatırladaq ki, hadisə zamanı Əhməd Əhmədovun idarə etdiyi "QAZ - 31" ilə Ülvi Hətəmovun sürdüyü "Mercedes- Benz C" markalı avtomobillər toqquşmuşdu.
Nəticədə "QAZ - 31"də olan sərnişinlərdən 1983-cü il təvəllüdlü Azər Manafov hadisə yerində dünyasını dəyişmiş, sürücü Ə.Əhmədov və sərnişinləri Yolçu Cavadov və Turan Rəsulzadə isə xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı Mingəçevir ŞPŞ-də CM-in 263.3-cü maddəsi cinayət işi üzrə istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2126 Tarix: 27 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr