Azərbaycanın Tehrandakı səfirliyinə hücum 50 il əvvəl baş verənlərlə bağlıdır? - VİDEO
Bildiyimiz kimi, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.
Hadisəylə bağlı yayılan görüntülərdə Yasin Hüseynzadə adlı orta yaşlı kişinin içəri daxil olduğu, mühafizə xidmətinin otağında silahını çıxararaq atəş açdığı görünür. Daha sonra hücum edən şəxs içəridəki digər səfirlik əməkdaşı tərəfindən zərərsizləşdirilib.
Hazırda hücumla bağlı araşdırma gedir.
BiG.AZ xəbər verir ki, daim qısa və maraqlı süjetləri ilə tanınan "Belə-belə işlər" platforması bu hücumun 50 il öncə baş verən digər qanlı hadisə ilə bağlılığı barədə sual yaradan material hazırlayıb.
Məlumata əsasən, 27 yanvar ilk türk diplomatın şəhid edilməsindən 50 il ötür.
Belə ki, 27 yanvar 1973-cü il tarixində erməni Qurgen Yanikyan ABŞ-da türk diplomatlar Mehmet Baydar və Bahadur Demiri qətlə yetirib.
27 yanvar 2020-ci il tarixində terrorçu Yanikyanın fotosu İrandakı səfirliyimizin önündən asılıb.
İrandakı hücumun bu tarixlə bağlı olduğu da ehtimal edilir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2523 Tarix: 27 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr