"Budurmu İranın Azərbaycan dövlətinə minnətdarlığı? "-Kamilə Əliyeva
"Vaxtilə Qərb dövlətləri İrana hərbi müdaxilə üçün Azərbaycanın hava məkanından istifadə etməsi təklifinə Azərbaycan dövləti İranı dost, qardaş dövlət adlandıraraq buna razılıq verməmişdir. Budurmu İrandakı molla rejiminin Azərbaycan dövlətinə minnətdarlığı?"
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı danışarkən deyib.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan səfirliyinə edilən silahlı hücum Azərbaycanın ərazi bütövlüyünə təhdid sayılır.
"Beynəlxalq Konvensiyaya görə ölkələrin digər dövlətlərdəki səfirliklərinin yerləşdiyi ərazi onun ərazisi hesab edilir və yerləşdiyi dövlət səfirliyin qorunmasına məsuliyyət daşıyır. İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum və səfirliyin mühafizəçilərindən birinin ölümü və 2 nəfərin yaralanması Azərbaycanın ərazi bütövlüyünə təhdid sayılır.
Vaxtilə Qərb dövlətləri İrana hərbi müdaxilə üçün Azərbaycanın hava məkanından istifadə etməsi təklifinə Azərbaycan dövləti İranı dost, qardaş dövlət adlandıraraq buna razılıq verməmişdir. Budurmu İrandakı molla rejiminin Azərbaycan dövlətinə minnətdarlığı? Azərbaycanın İranı özünə dost və qardaş dövlət hesab etməsi ilə bağlı çox misallar çəkmək olar. Təəssüf ki, İran hər zaman Azərbaycana qarşı qeyri-səmimi münasibət bəsləmişdir. Baş vermiş bu hadisə son vaxtlar İranın siyasi dairələrində, kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatının nəticəsidir. Səfirliyimizə edilən bu hücum bir daha İran rejiminin Azərbaycan dövlətinə olan münasibətinin göstəricisidir. Əksər İslam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran əslində İslam dininə də hörmətsizlik nümayiş etdirir" ,- deyə Kamilə Əliyeva bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub və bir nəfər ölüb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb