BMT önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçiriləcək
ABŞ-də yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçirəcəklər.
Bunu "Report"un yerli bürosuna açıqlamasında ABŞ-nin Nyu-York ştatında fəaliyyət göstərən "Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi"nin rəhbəri Yakov Abramov deyib.
Y.Abramov deyib ki, İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir:
"Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı İran İslam Respublikasının son vaxtlar nümayiş etdirdiyi müttəfiq və qonşuluq münasibətlərinə zidd davranışlarının bir parçasıdır. İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir. Bu mənfur terror hücumu qəbuledilməzdir.
Silahlı hücum nəticəsində həmyerlimizin həyatını itirməsi Amerikada yaşayan azərbaycanlı və yəhudi icmasının fəallarını yasa boğdu. Beynəlxalq hüquqa və konvensiyalara əsasən, diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. İran hökuməti niyə bu terror aktının qarşısını almayıb və ya almaq istəməyib? Bu suala cavab tələb edirik.
ABŞ Dövlət Departamentinin bu xain terror hücumunu qınamasını alqışladıq. Beynəlxalq ictimaiyyət terror hadisəsinə göz yuma bilməz. Məsələni ictimailəşdirmək üçün Nyu-Yorkda yaşayan həmyerlilərimizi BMT-nin mənzil-qərargahı önünə dəvət edirik. Məsələyə hüquqi qiymət verilənə qədər dünya ictimaiyyətinin diqqətini baş verənlərə yönəltməyə çalışacağıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb