Misir liderini Qafqaza gətirən səbəb: "Səfərə Bakıdan başlaması..."
"Misir liderinin Cənubi Qafqaz səfərinin Azərbaycandan başlaması önəmlidir".
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Misir-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:
"Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri Qahirənin ölkəmizlə və bölgəmizlə əlaqələrə marağından irəli gəlir. Sisi Azərbaycandan sonra Ermənistana gedəcək. Hər halda Cənubi Qafqaza səfərin başlanğıcı kimi Azərbaycanın seçilməsi əhəmiyyətlidir.
Bakı ilə Qahirə arasındakı münasibətlərin inkişaf imkanları var. Misirin dostu və tərəfdaşı olmaq Azərbaycan üçün faydalıdır. Misir Afrika qitəsinin və ərəb dünyasının aparıcı ölkələrindən biridir. Misir Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri qədər varlı olmasa da, geosiyasi mövqeyinə görə aparıcı dövlətlər Qahirənin siyasəti ilə hesablaşırlar. Bu səbəbdən Misirlə sıx əlaqlərin varlığı Azərbaycanın maraqlarına cavab verir.
Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan keçmiş illərdə Sisini "qiyamçı diktator" adlandırsa da, hazırda onunla dialoqu genişləndirmək üçün imkanlar axtarır. Çünki Misirlə münasibətlərin soyuması Türkiyənin maraqlarına cavab vermir"./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1566 Tarix: 28 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr