Cəlilabad xəstəxanasında anestezioloq, reanimatoloq çatışmazlığı həllini tapacaqmı? – TƏBİB-dən CAVAB
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında anestezioloq, reanimatoloq çatışmazlığı ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Bildirilib ki, xəstəxanada bu sahə üzrə iki həkim olduğuna görə, həkimlərdən biri işə çıxa bilmədiyi zaman bütün yük digər bir nəfərin çiyinlərində qalır. Şikayətçinin sözlərinə görə, xəstəxanada bu istiqamətdə həkim çatışmazlığı yaxın zamanda öz həllini tapmazsa, reanimasiya şöbəsi bağlanacaq.
Bu günlərdə xəstəxananın baş həkimi Elnur Azadxanov da jurnalistlərə açıqlamasında həkim çatışmazlığını təsdiqləyib.
Bəs sözügedən problemin həlli istiqamətində TƏBİB tərəfindən addımın atılması gözlənilirmi?
Bizim.Media Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) bununla bağlı sorğu göndərib. TƏBİB-dən bildirilib ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və anestezilogiya şöbəsi üzrə 6 ştat vahidi mövcuddur:
"Hazırda 2 nəfər (1-i şöbə müdiri olmaqla) tibb müəssisəsində fəaliyyət göstərir. Vakant yerlər üzrə isə kadrların cəlb olunması diqqətdə saxlanılır".
Bildirilib ki, TƏBİB-in tabeli tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram" çərçivəsində təşkil olunur:
"TƏBİB-in tabeli tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması üçün həkim-mütəxəssislərin işə qəbulu davam etdirilir. Kadr çatışmazlığının qeydə alındığı digər tibb müəssisələrdən ixtisaslı həkimlərin ezamiyəsi də mütəmadi olaraq təşkil olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva