Səlcuq Bayraktar: "Türk orduları PUA-larla ilk qələbəni Qarabağda qazanıb"
"Türk ordusu pilotsuz uçuş aparatları (PUA) ilə ilk qələbəni Qarabağda qazanıb. Müharibə bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev məni "Qarabağ" medalı ilə təltif edib".
Bunu Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar "Türkiyə əsri"nin toplantıları çərçivəsində çıxışında deyib.
O bildirib ki, "Bayraktar" dünya tarixində artıq iz buraxıb: "Bu PUA 28 ölkəyə ixrac edilib. Bizdən "Kızıl elma"dan sonra hansı PUA-nın istehsal olunacağı barədə soruşurlar. Kosmosla bağlı araşdırmalar aparmaq təşəbbüsümüzü də ortaya qoymuşuq. 35 nəfərlik komandamız addım-addım böyüyür. 5-10 ildən sonra ölkəmizin kosmosla bağlı işlərinə ciddi dəstək verəcək uğurlara imza atacağımıza inanırıq. "Fərqani" adlı kosmosla bağlı layihəmizlə bəşəriyyətə bu məsələdə də töhfə verəcəyik".
S.Bayraktar həmçinin xatırladıb ki, "Kızıl elma" Türkiyənin ilk pilotsuz təyyarəsidir: "Beləliklə, gələcəyin savaşında inqilab olacaq. Biz PUA istehsalında uğurlarımızı bundan sonra da davam etdirəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1162 Tarix: 28 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr