İranın Azərbaycandakı səfiri şəhid Orxan Əsgərovun dəfn mərasiminə GƏLƏCƏK? – Səfirlikdən AÇIQLAMA
Xəbər verildiyi kimi Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərov sabah II Fəxri Xiyabanda dəfn olunacaq.
Artıq bu gün səhərdən başlayaraq dəfn hazırlıqlarına başlanıb. Cənazə isə vətənə axşam saatlarında gətiriləcək.
Qeyd edək ki, Azərbaycan səfirliyə hücumu "terror" kimi qiymətləndirib, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırıb, eyni zamanda səfirlik əməkdaşlarının evakuasiyasını həyata keçirir. Bundan əlavə İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi baş vermiş qanlı hadisə ilə bağlı bəyanat yayıb.
Söyləntilərə görə şəhidimizin dəfn mərasiminə ölkənin yüksək rütbəli şəxsləri ilə yanaşı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin də qatılacağı gözlənilir.
İranın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Behnam Məlikpur Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı bunları deyib:
"Səfirin dəfn mərasimində iştirakı mərhumun nəşinin gəlməsindən sonra bəlli olacaq. Hələki bununla bağlı konkret qərar verməmişik", - deyə səfirlik rəsmisi əlavə edib./Bizim.media
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb