Tehran teraktı "yarımçıq" qaldı: əslində, necə olmalı idi…

Tehran teraktı "yarımçıq" qaldı: əslində, necə olmalı idi…Azərbaycan səfirliyinə qarşı törədilən Tehran teraktında açıq qalan suallar var və bu suallara cavab axtarışı baş verənlərin arxasındakı məqamlara dair ehtimalları ön plana çıxarır:

1. Kadrlar təsdiq edir ki, terrorçu səfirlikdən çıxarılandan sonra da yenidən hücum edib, qapını sındırmağa çalışıb, avtomatla atəş açıb, "Molotov kokteyli" atıb: İran polisi niyə əvvəldən müdaxilə etməyib?

2. Hücumdan sonra Tehranın davranışı – Bakıya edilən zənglər, yaralıların ziyarəti, Azərbaycanla münasibətlərin pozulmasını istəmədikləri görüntüsü yaratmaları, xüsusilə "bu hücum iki ölkənin münasibətlərini pozmağa hesablanıb" kimi açıqlamaları nədən qaynaqlanır?

Birinci məqam, eləcə də terrorçunun "Kalaşnikov"la binaya girişinə İran polisinin sakit reaksiyası teaktın arxasında Tehran rejiminin dayandığının ispatıdır.

İkinci məqam – İran hakimiyyətinin sərgilədiyi mövqe teraktın təşkili, yaxud şəraitin yaradılması faktı fonunda diqqət çəkir və əlavə suallar yaradır:

- Tehran rejimi terakt planı tam icra edilmədiyi üçünmü "dost mövqe" görüntüsü yaradır?

- Hazırlanan hücum planının bütöv ssenarisi nə ola bilərdi?

- Niyə terakt gizli yox, bu qədər açıq formada (üzü açıq və binaya bir neçə dəfə nümayişkəranə hücum) həyata keçirilib?

- Şahçıraq terror aktındakı "Bakı iddiası" ilə bu terakt arasında bağlantı nədir?

- Və nəhayət, terrorçu Yasin Hüseynzadə əslində hansı qrupa bağlı ola bilər?

Birinci versiya: İran rejimi daxilində parçalanma;

Teraktın baş verdiyi ilk saatlarda da yazmışdıq və rəsmi Tehranın "dost mövqeyi" bu ehtimalı müəyyən qədər qüvvətləndirir də: son dövrlər Ankara Bakı-Tehran xəttində təmasların yaradılması, gərginliyin yumşalması istiqamətində müəyyən addımlar atırdı; bu təmasların yaranmasında maraqlı olmayan tərəf SEPAH-dır, onlara bağlı media şəbəkəsinin sərt reaksiyası da bundan qaynaqlanırdı və teraktın SEPAH tərəfindən təşkil edildiyi, təmasların "baltalanması" məqsədi daşıdığı, rəsmi Tehranın "təlaş dolu dost mövqeyi"nin də bundan qaynaqlandığı versiyası mümkün görünür.

Hərçənd, iki məqam bu versiyanı şübhə altına salır: terrorçu səfirliyə dəfələrlə hücum edib, hücumda maraqlı olmayanlar (rəsmi Tehran deyək) bundan xəbərsiz deyildilər və böhran yaradacaq hadisəyə öncədən müdaxilə etməli idilər; terrorçu özünü gizlətmir və teraktı nümayişkaranə formada həyata keçirir.

Bu məqamlar teraktda İranın təkcə hərbi yox, siyasi rəhbərliyinin də maraqlı olduğunu göstərir.

İkinci versiya: terakt planı istənilən kimi baş tutmayıb;

İstisna deyil ki, teraktın bütöv ssenarisi fərqli olub: Yasin Hüseynzadə səfirliyə hücumda kütləvi qətliam törədir, İran polisi yalnız qətliam başa çatdıqdan, yaxud çoxsaylı ölümdən sonra müdaxilə edir, ya terrorçunu zərərsizləşdirirlər, yaxud həbs edirlər (polisin hücum başlayanda müdaxilə etməməsi, səfirlik binasında baş verənlərə laqeyd davranışı da bunu deməyə əsas verir). Və bundan sonra Şahçıraq ssenarisinin davamı təşkil edilir.

Şahçıraq ziyarətgahında törədilən terror aktının SEPAH tərəfindən təşkilinə dair ciddi şübhələr var, hətta terrorçunun İran rejiminin rəhbər şəxsləri ilə fotolarının olduğu haqda məlumatlar ortaya çıxdı. Bu terror aktının iki hədəfi var idi:

- Etirazların yaşandığı vaxt "xarici təhlükə"nin mövcudluğunu, "xarici düşmən"lərin hədəfinin rejim yox, məhz din olduğu, arxasında da "sionistlərin" dayandığını nümayiş etdirmək;

- "Xarici düşmən"in (sionistlərin) İrana Azərbaycandan daxil olduğunu və inanclı insanları, şiələrin müqəddəs məkanlarını hədəfə aldığını ispatlamaq.

Şahçıraq terrorunundan dərhal sonra "baş koordinator"un Azərbaycan vətəndaşı olması və Bakı hava limanından İmam Xomeyni aeroportuna uçduğu iddiası buna hesablanmışdı. Və bunun Arazdan "terrorçuların" keçməsi uydurmalarından sonra baş verməsi də hələ 44 günlük müharibədə ortaya atılan Azərbaycanın regiona "terror ixracı" iddiasını gücləndirmək məqsədi daşıyırdı. İran mediası bu iddiaları hələ də gündəmdə saxlayır.

İstisna deyil ki, səfirlik binasında terakt ssenarisi bütöv şəkildə baş tutsaydı – Yasin Hüseynzadə binadan çölə atılmasaydı – "terrorçu Azərbaycandan gəlib", yaxud "arxasında Azərbaycan var" kimi iddialar irəli sürüləcək, "sionistlər Azərbaycan və İran xalqını düşmən etmək istəyirlər", "məqsədlərinə çatmaq üçün Azərbaycan səfirliyinə hücum edilib və İranı düşmən göstərməyə çalışırlar" kimi versiyalar tirajlanacaq, Şahçıraq terrorundakı "Bakı iddiası" da buna əsas kimi göstəriləcəkdi. Teraktın Şahrıçaqda olduğu kimi "nümayişkaranə formada" edilməsi də bundan qaynaqlana bilər. Və Yasin Hüseynzadənin iddia etdikləri "azərbaycanlı xanımı" burada əsas bağlantı nöqtəsi olacaqdı.

Teraktdan sonra İran tərəfinin ziddiyyətli açıqlamaları – misal üçün, övladlarının yanında olması və s. –, "məişət hadisəsi" üzərində israr etməsi, eləcə də Azərbaycana "dost davranışı" da yarımçıq qalan ssenaridə tələsik təşkil olunan müdafiə addımları kimi görünür.

Və bütün bunların fonunda bir məqama xüsusi olaraq diqqət edilməlidir: Yasin Hüseynzadə kimdir, hansı qruplaşmaya bağlı ola bilər, "azərbaycanlı xanımla evli olması" bu teraktda hansı əhəmiyyəti daşıyır?

Y.Hüseynzadənin öncədən hazırlanmış terrorçu olduğu şübhəsizdir: "Kalaşnikov"la gəlməsi, silahdan istifadə bacarığı, hücumdan sonra sərgilədiyi soyuqqanlılıq;

Və İran tərəfinin iddiasına inansaq, Yasin Hüseynzadə "azərbaycanlı xanımla" evli olub (bu məsələ hələ tam təsdiqini tapımayıb).

Bu məqam onun "Hüseyniyyun" terror qruplaşmasının üzvü olduğu, yaxud "ailədaxili problemi olan şəxs" kimi seçildiyi və terakt öncəsi hazırlandığı versiyasını önə çıxarır. Bu versiyanı gücləndirən iki məqam da var:

Birincisi, İran vətəndaşları ilə Azərbaycanda dini meyilli vətəndaşların ailə qurmasında bu qruplaşmanın vasitəçilik etdiyi istisna deyil: məqsəd həm İranda, həm Azərbaycanda "tərəfdarlarını" artırmaqdır;

İkincisi, teraktdan günlər öncə qruplaşma "Azərbaycana zərbə vurulacaq" kimi mesajlar vermişdi.

Və hətta Yasin Hüseynzadənin iddia etdikləri kimi "azərbaycanlı həyat yoldaşı" ilə problemləri varsa belə, İran rejiminin hadisələri idarə etdiyi, səfirliyə qarşı teraktı məhz "ailədaxili məsələ" üzərindən təşkil etdikləri aydın görünür. Tehranın teraktı "məişət hadisəsi" kimi göstərmək cəhdi də təkcə məsuliyyətdən yayınmaq yox, həm də baş verənlərdə Azərbaycanı günahkar göstərmək planıdır./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2008   Tarix: 29 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr