"Antalya Diplomatiya Forumu kimi beynəlxalq tədbirlər müasir diplomatiyanın ayrılmaz hissəsinə çevrilib" - DEPUTAT
"Aprelin 17-19-da Türkiyənin diplomatik mərkəzlərindən birinə çevrilən Antalyada keçirilən Antalya Diplomacy Forum bir daha göstərdi ki, müasir dünyada dialoq və qarşılıqlı anlaşma əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən gələn siyasətçilər, diplomatlar və ekspertlər eyni masa arxasında toplaşaraq həm qlobal problemləri, həm də regional məsələləri müzakirə etdilər. Bu cür platformalar təkcə fikir mübadiləsi üçün deyil, həm də yeni əməkdaşlıq körpülərinin qurulması üçün vacibdir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, bugünkü mürəkkəb beynəlxalq şəraitdə münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və iqtisadi qeyri-sabitlik kimi məsələlər artıq ayrı-ayrı ölkələrin deyil, bütövlükdə dünyanın problemidir:
"Məhz buna görə də belə forumlar ölkələr arasında açıq dialoqu təşviq edir, fərqli mövqelərin daha aydın şəkildə ifadə olunmasına imkan yaradır. Antalya platforması da bu baxımdan diqqət çəkir - burada həm Qərb, həm də Şərq ölkələrinin nümayəndələri bir araya gələrək ortaq çıxış yolları axtarırlar.
Azərbaycanın bu forumda təmsil olunması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizi Prezidentin köməkçisi Hikmət Hacıyev təmsil edərək Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırıb. Bu iştirak təkcə formal xarakter daşımır, əksinə, Azərbaycanın regionda artan rolunun və beynəlxalq münasibətlərdə fəal mövqeyinin göstəricisidir. Xüsusilə son illərdə Cənubi Qafqazda baş verən dəyişikliklər fonunda Azərbaycanın sülh gündəliyini və əməkdaşlıq çağırışlarını bu cür platformalarda səsləndirməsi diqqətəlayiqdir.
Bununla yanaşı, Azərbaycan enerji və nəqliyyat sahəsində həyata keçirdiyi layihələrlə də beynəlxalq maraq mərkəzindədir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi bu cür tədbirlərdə iştirak etmək Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Forum çərçivəsində keçirilən görüşlər və müzakirələr yeni tərəfdaşlıqların qurulmasına, mövcud əlaqələrin isə daha da möhkəmlənməsinə şərait yaradır.
Ümumilikdə, Antalya Diplomatiya Forumu kimi beynəlxalq tədbirlər müasir diplomatiyanın ayrılmaz hissəsinə çevrilib. Azərbaycan da bu prosesdə aktiv iştirak edərək həm öz milli maraqlarını qoruyur, həm də regionda sabitlik və əməkdaşlıq təşəbbüslərini təşviq edir. Bu isə ölkənin beynəlxalq nüfuzunun artmasına və qlobal proseslərdə daha fəal rol oynamasına xidmət edir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu