Ekspertdən təklif: "Ölkəyə yalnız son beş, yaxud da 10 ildə istehsal olunmuş avtomobillər gətirilsin"

Ekspertdən təklif: "Ölkəyə yalnız son beş, yaxud da 10 ildə istehsal olunmuş avtomobillər gətirilsin"Hazırda Azərbaycanın avtomobil parkındakı maşınların 80 faizdən çoxunun yaşı 10 ildən artıqdır. Başqa sözlə desək, avtomobil parkımız qocalıb. Mütəxəssislər deyirlər ki, ekologiyanın qorunması və digər səbəblərdən yaxın gələcəkdə avtomobil parkının yenilənməsi ilə bağlı işlər aparılmalıdır.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, hazırda Azərbaycanda olan 85 min avtomobilin yaşı 5 ilə qədərdir. 80 faizdən çox maşının yaşı isə 10 ildən çoxdur. Müşavir bildirib ki, avtomobillərin 7-8 faizinin yaşı isə 40 ildən artıqdır. Bu tendensiya il-ildən artmaqda davam edir. Ona görə də yeni avtomobillərin alınması məqsədəuyğundur. Müşavirin sözlərindən belə qənaətə gələ bilərik ki, Azərbaycanda avtomobil parkı qocalmış vəziyyətdədir. Avropa ölkələrində avtomobil parkının yenilənməsi üçün işlər aparılır. Bəs Azərbaycanda bu istiqamətdə hansı işlər görülməlidir?

"Kaspi" qəzeti bu və digər suallara cavab tapmaq üçün mövzunu araşdırıb:

Köhnə maşınlara qadağa qoymaq lazımdır

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev dedi ki, artıq Azərbaycanda da avtomobil parkının yenilənməsi üçün müəyyən addımlar atılmalıdır: "Köhnə avtomobillər həm ekoloji vəziyyəti pisləşdirir, həm təhlükəsizlik baxımından mənfi hadisələri artırır. Təhlükəsizlik qaydaları, texnikası zəif olduğu üçün köhnə maşınlarda ölüm halları çoxalır, həmçinin tıxacları da artırır. Ona görə də ölkəyə gətirilən avtomobillərə istehsal tarixinə görə limit qoymaq lazımdır. Məsələn, yalnız son 5 yaxud da 10 ildə istehsal olunmuş avtomobillər ölkəyə gətirilsin. Daha gec istehsal olunmuşları gətirməyə qadağa qoymaq lazımdır".

Hökumətin atdığı addımlar

Y.Mustafayevin sözlərinə görə, bu vaxta qədər görülən tədbirlər də var: "Son 2 ildə istehsal olunan hibrid avtomobillər ƏDV-dən azaddır. Elektromobillərə isə son 2 ildə istehsal olunubsa, ölkəyə gətirilməsində həm ƏDV-dən, həm də gömrük rüsumundan azad olmaq kimi güzəşt tətbiq edilir. Nazirlər Kabineti də köhnə avtomobillərin istismardan çıxarılması barədə qanun layihəsi hazırlayır. Məlumata görə, insanlar köhnə avtomobilləri təhvil verməklə vauçer (yazılı sertifikat, qəbz, malların alınmasını təsdiqləyən sənəd, mal və ya xidmətlər üçün endirimlər) əldə edəcək. Həmin vauçerlə güzəştli şərtlərlə, endirimli qiymətə avtomobil alacaqlar. Həmçinin də ola bilər ki, avtomobilin vəziyyətinə və çəkisinə görə metal hissələrinin yenidən təkrar emala getməsilə əlaqədar müəyyən məbləğdə vəsait ödənilsin. Bu tədbirləri də avtomobil parkının yenilənməsi ilə bağlı hökumətin atdığı addımlar kimi qiymətləndirə bilərik".

Güzəştlər olsa da...

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev bildirdi ki, nə qədər tədbirlər görülsə də, elektrikli avtomobillər hələ də əlçatan deyil: "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı var. Bu sərəncamın beşinci bəndi ətraf mühitin yaşıllaşdırılması ilə bağlıdır. Sərəncamdan dolayı işçi qrupu yaradıldı. İşçi qrupun tərkibində ekoloji avtomobillərin stimullaşdırılması, cəmiyyətdə təbliğatı, təşviqatı yönündə işlərin aparılması ilə bağlı görüşlər, konfranslar, iclaslar keçirildi. Ondan sonra ekoloji avtomobillərə gömrüklə, bankla bağlı məsələlərdə güzəştlər olundu. Məsələn, ilk olaraq elektromobillər ƏDV-dən azad olundu. Sonra 10 faiz ilkin ödənişlə elektromobil əldə etmək imkanı yaradıldı. İlin sonunda isə elektrikli avtomobillər gömrük rüsumundan azad olundu. Amma elektriklə işləyən avtomobillər yenə də hamı üçün əlçatan deyil".

Bu məsələ 1-2 günə həll oluna bilməz

E.Əliyevin fikrincə, aidiyyəti qurumlar da üzərlərinə düşən müəyyən işləri görürlər: "Hamının birdən-birə hibrid və ya elektrikli avtomobilə keçidi mümkün deyil. Avtomobil parkının yenilənməsi 1-2 günə həll oluna bilməz. Aidiyyəti qurumların iradəsi tələb olunur, həmçinin dövlətimizin müəyyən güzəştləri də lazımdır. Bu gün Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası bu istiqamətdə təkliflər irəli sürür və işlər görür. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi utilizasiya proqramına (təkrar emala göndərilmə) start verildiyini açıqlayıb. Avtomobillərin utilizasiyası ilk olaraq könüllülük prinsipi əsasında həyata keçiriləcək".

İmkan olsa, heç kim köhnə avtomobil almaz

İcraçı direktor qeyd etdi ki, əlavə müəyyən tədbirlər də görülsə, artıq insanlar köhnə avtomobil almaq istəməz: "Öncə utilizasiya proqramına düşmüş köhnə və yararsız avtomobillərin ölkəyə girişini qadağan etməliyik. Ölkəyə girən maşınların buraxılış illərinə nəzarət, yenidən dəyişiklik olunmalıdır. İkincisi, elektrik və hibrid avtomobillərə güzəşt etdik, bank şərtləri, faizləri dəyişdik. Elektriklərdə ilkin ödənişi 10, hibridlərə 20 faizə saldıq. Bunu benzin və dizellə işləyən maşınlara da tətbiq etsək, avtomobil parkımız yenilənə bilər. Ən əsası, ölkədə lizinqin (razılaşdırılmış müddətə icarəyə verilmə) doğru-dürüst işləməsi lazımdır. Əsl standartlara uyğun, beynəlxalq dərəcədə qəbul olunmuş mexanizm yeritsək, heç kim köhnə avtomobil almaz, lizinq şərtləri ilə yeni avtomobil əldə edər".

E.Əliyev bildirdi ki, işlər belə davam edərsə, avtomobil parkının yenilənməsi sürətlənəcək: "Yəqin ki, atılan addımların davamı gələcək. Davamında güzəştlərin benzin və dizellə işləyən avtomobillərə də tətbiq edilməsinin şahidi olacağıq. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1406   Tarix: 29 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021