Anar Bağırov: "İstintaq-təhqiqat orqanlarında "Elektron təyinat" sisteminin tətbiqi formal vəkilliyi aradan qaldıracaq"

Anar Bağırov: "İstintaq-təhqiqat orqanlarında "Elektron təyinat" sisteminin tətbiqi formal vəkilliyi aradan qaldıracaq""Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına uyğun olaraq, vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək Vəkillər Kollegiyasına tövsiyə olunub. Biz cənab Prezidentin Sərəncamından sonra dərhal işə başladıq və müəyyən addımlar atdıq. Ancaq hesab edirəm ki, hazırda "Elektron vəkil" sisteminin təkmilləşdirilməsinə və onun "Elektron məhkəmə" informasiya sisteminə tam inteqrasiyasına ehtiyac var".

Sonxeber.az xəbər bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, "Elektron vəkil" sisteminin daha effektiv fəaliyyəti üçün Vəkillər Kollegiyasına ardıcıl dəstək göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Anar Bağırov Kollegiya tərəfindən elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü diqqətə çatdırıb:

"Lakin burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur və bununla bağlı təkliflərimizi aidiyyatı qurumlara təqdim etmişik. Hesab edirik ki, bu istiqamətdə təkliflərimiz qəbul olunduqdan sonra vəkillərimiz "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə elektron vəkil sorğuları göndərə biləcəklər. Hesab edirik ki, bu tədbirlər müəyyən bürokratik əngəllər və qeyri-prosessual münasibətlərlə yanaşı, əlavə vaxt, vəsait itkisinin də qarşısını alacaq və həmçinin hüquqi yardımın operativliyini təmin edəcək"

"Elektron təyinat" sisteminin tətbiqi məsələsinə də toxunan sədr bunun hüquqi yardımın keyfiyyətinin artırılmasındakı əhəmiyyətindən danışıb: "Qeyd etməliyəm ki, Ədliyyə Nazirliyi ilə qurulmuş səmərəli əməkdaşlıq, vaxtaşırı aparılan müzakirə və tədbirlər sayəsində Bakı şəhərində fəaliyyət göstərən bütün məhkəmələrdə bu sistem 2 ildir ki, tətbiq olunsa da, təəssüf ki, bölgələrdə hələ də köhnə qaydalar qalmaqdadır. İstərdik ki, nəinki məhkəmələr, ölkədə fəaliyyət göstərən bütün istintaq-təhqiqat orqanlarında "Elektron təyinat" sistemi tətbiq edilsin. Hesab edirəm ki, bu tədbirlərin görülməsi nəticə etibarı ilə hüquqi yardımın səmərəliyini artıracaq, eyni zamanda vətəndaş məmnunluğunu təmin edəcək və formal vəkillik fəaliyətini aradan qaldıracaq. Beləliklə, vətəndaşların hüquqi yardıma inamı artacaq".

Qeyd edək ki, son illər Vəkillər Kollegiyası tərəfindən formal vəkillik fəaliyyətinə qarşı mübarizə aparılır və bu istiqamətdə bəzi vəkillər intizam məsuliyyətinə cəlb olunub. Eyni zamanda formal vəkilliklə məşğul olduğuna görə bir neçə vəkilin Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı məhkəmələrdə iddialar qaldırılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 880   Tarix: 30 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021