Ulu öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu

Ulu öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoyduGənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərimizin vətənpərvər ruhunda tərbiyə olunması mənsub olduğumuz xalqımızın rifahının, ölkəmizin çiçəklənməsinin bir növ rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayır və yaşadır.
1993-cü il iyunun 15-də məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıtmasıyla ölkəni xaos və anarxiyanın caynağından xilas etməsi hər birimizə yaxşı bəllidir. Ulu Öndər o qədər işlərin, gərgin fəaliyyətin arasında vaxt tapıb Azərbaycanın gələcəyi olan gənclərlə maraqlanır, onların sabaha tam layiqli vətəndaş kimi yetişməsi üçün əlindən əsirgəmirdi.
1996-ci il fevralın 2-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu. Məhz həmin gün baş tutan Azərbaycan Gənclərinin I Forumu da bunun əyani göstəricisi idi. Daha sonrakı dönəmlərdə də ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə olan diqqət və qayğı əsla və əsla azalmadı tam tərsi artan xətt üzrə davam etdi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev həmin ənənəni layiqincə davam etdirməsi nəticəsində ölkəmizin gənclər siyasətində çox ciddi uğurlara imza atıldı. Cəmiyyətin bütün sferalarında gənclər irəli çəkildilər, xaricdə təhsil almağa göndərildilər, mədəniyyətdən sosial həyata, iqtisadiyyatdan idarəetməyə bütün sahələrdə gəncləşmə aparılan uğurlu islahatların əsas tərkib hissəsinə çevrildi.
2020-ci il Azərbaycan tarixinə zəfər ili həkk olundu. 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələrində artıq gənclərimizin vətənpərvərlik əzmi özünü bir daha büruzə verirdi. Artıq bütün xalqımız fərqində idi ki, məhz bu gənclik işğal altında olan torpaqlara üçrəngli bayrağımızı sancacaq. 27 sentyabrdan ordumuz bütün dünyaya sübut etdi ki, bəli, məhz ulu öndər Heydər Əliyev məktəbinin davamçıları olan, Azərbaycan Respublikasının dövründə bütün yönləri ilə tam diqqət və qayğı ilə əhatə olunan bu gənclər torpaqları işğaldan azad etməyə qadirdir və Vətən yolunda qanından canından keçən bu gənclər işğal altında olan torpaqlarımızı xilas etdilər.
Azərbaycan gəncliyinə ən ali dəyəri məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilib. "Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm." Bu cümlələr Azərbaycan gəncliyinə verilən dəyərin diqqətin bariz təcəssümüdür.
Bu gün Azərbaycan gənclərinin inkişafında həm də Heydər Əliyev Fondunun misilsiz töhfəsi vardır. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir. Bu istiqamətlər üzrə Fond elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir. Ümid edirik ki, bu istiqamətlər üzrə fəaliyyət göstərən gənclər gələcəkdə ölkənin layiqli vətəndaşları olacaq, vətənimizin inkişaf və tərəqqisində mühüm rol oynayacaqlar.

Metin Hüseynov - politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 734   Tarix: 30 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021