Budapeştdə İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - YENİLƏNİB + VİDEO

Budapeştdə İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - YENİLƏNİB + VİDEOYanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər.

Baş nazir Viktor Orbanın çıxışı
- Hər vaxtınız xeyir, hörmətli xanımlar və cənablar.

Sizin hamınızı səmimi-qəlbdən salamlamaq istəyirəm.

Mən ana dilimdə danışacağam və sizin dilinizə tərcümə olunacaq. Eyni ölçüdə olan ölkələr, hətta rəsmi danışıqları ingilis dilində aparsalar belə, öz ana dilindən istifadə etməyi xoşlayır. Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı -bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək. Mənim Prezident Əliyevlə və birinci xanımla dostluğum məhz o vaxta təsadüf edir və mən birinci xanımı da səmimi-qəlbdən salamlamaq istəyirəm.

Bilirsiniz ki, macar tarixçilərinin fikrinə görə, Avropa dağlarının şərq tərəfindən uzun səfərimiz zamanı biz çağdaş Azərbaycanın ərazisində müəyyən vaxt keçirmişik. Məhz buna görə biz Prezident Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvü olaraq qoşulmasını dəstəklədiyinə görə minnətdarıq. Çünki iki ölkə arasında mədəni oxşarlıq var. Bu, o qədər də açıq-aşkar deyil. Çünki biz müəyyən vaxtda xristian olduq, lakin Azərbaycan öz müsəlman kimliyini qoruyub saxlaya bildi. Dostları qazanmaq o qədər də asan deyil. Macarlar üçün bu, xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostları tapmalıyıq. Həmişə mükəmməl olan dostları qazanmaq asandır. Mən bunu da Prezident Əliyevə dedim. Macarıstanın qismində siz mükəmməl olmayan dost qazanırsınız, cənab Əliyev. O da maraqlı bir şey idi. Bundan daha da önəmlisi var. Eyni dalğada olan ölkələr özlərinin strateji və geostrateji yerləşmə nöqteyi-nəzərindən oxşar olub-olmadıqlarını anlayırlar. Bunu anlamaq üçün alim olmaq lazım deyil. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.

Cənab Prezident, ötən onilliyə görə biz Sizə həmişəlik minnətdarıq. Biz sizin enerjinizə görə sizin dostunuz deyilik, çünki indi sizin çoxlu enerji dostunuz var. Biz sizinlə mədəniyyəti, oxşar keçmişi paylaşırıq. Biz Sizin bizə təklif etdiyiniz imkanları çox yüksək dəyərləndiririk. Siz macarlara Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa icazə verdiniz. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayələrdən biri, bəlkə də ən böyüyüdür. Bizim şanslarımız var. Özümüzü yaxşı aparsaq bizim gələcəkdə imkanlarımız olacaq.

Cənab Prezident, səfəriniz üçün təşəkkür edirəm. Birinci xanım, həyat yoldaşınızı müşayiət etdiyiniz üçün Sizə xüsusilə minnətdarıq. Biz indi Prezidenti və birinci xanımı salamlayırıq və bu da indi siyasətdə adət olunan hal deyil. Prezident Əliyevdən misal olaraq deyə bilərəm ki, ölkəyə rəhbərlik etmək istəyirsənsə sizin bütöv ailəniz olmalıdır. Çünki ailənizdə hər şey qaydasında olmasa, ölkəyə necə rəhbərlik edə bilərsiniz? Beləliklə, biz, sadəcə, Prezident və xanımını deyil, böyük ailənin üzvlərini salamlayırıq. Yaşasın Azərbaycan!

Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Baş nazir.

Hörmətli birinci xanım.

Əziz dostlar.

Mehriban və mən Sizin gözəl ölkənizdə özümüzü evimizdəki kimi hiss edirik. Bizə göstərilən qonaqpərvərlik bizi çox xoşbəxt edir.

Əziz dostum cənab Baş nazir öz çıxışında bizim haqqımızda çox gözəl sözlər deyib, buna görə mən çox təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir. Hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi daha da bir-birimizə sıx bağlayır və dostluğumuzu daha da gücləndirir. Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk.

Cənab Baş nazirlə artıq on ildən çoxdur ki, yaxın əlaqələrimiz var, deyə bilərəm ki, dostluq edirik. Həm əziz dostum Viktor dəfələrlə Azərbaycanda olub, mən artıq bir neçə dəfə Macarıstana səfərlər etmişəm və biz hər il ən azı bir neçə dəfə beynəlxalq tədbirlərdə də görüşürük. Hər bir fürsətdən yararlanmaq istəyirik ki, həm söhbət edək, eyni zamanda, ölkələrimiz üçün vacib olan məsələləri müzakirə edək və onları həll edək.

Əziz dostum dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlmişdir, xahişlər edilmişdir. Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və adi qaydada müəyyən bürokratik prosedurları nəzərə almaq şərtilə müzakirə olunur və sonra əlbəttə ki, qərarlar qəbul ediləcək. Amma Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır. Yəni, üç gün, özü də bu, "weekend" günləri idi. Amma o yetərli oldu ki, biz çox önəmli strateji addımı bu gün ataq və öz imzamızı qoyaq. Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur - qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz.

Bu gün mətbuata verdiyimiz açıqlamalarda biz bir çox önəmli məsələləri əhatə etdik, onları təkrarlamaq istəmirəm. Ancaq bir şeyi burada əlavə qeyd etmək istəyirəm ki, doğrudan da biz özümüzü burada evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik.

Əlbəttə, Viktora əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək qələbələr arzulayıram. Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox. Viktor məndən də tez rəhbər seçildi, 35 yaşında. Mən ondan bir qədər sonra, 41 yaşımda. Hələ ki, bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək.

20:16

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1806   Tarix: 30 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

2 iyul
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul