"İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür" - Video

"İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür" - Video"Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində imtahanlarda tələbə və valideynlərdən rüşvət alınıb, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür".

Bu şikayətlə "Qafqazinfo"ya kollecin hüquqşünası Aynurə Muradova müraciət edib. Onun sözlərinə görə, bu hal dəfələrlə baş verib: "Bu görüntüləri 25 yanvar səhər saat 09:42-də çəkmişəm. Həmin an imtahan gedirdi. Mən birinci mərtəbədə olan vəziyyəti çəkə bildim. Eyni anda ikinci mərtəbədə də imtahan var idi. Görüntülərdən də göründüyü kimi, tələbələr cavablar üçün telefona baxırlar. Hüquqşünas olsam da, rəhbərlik məni imtanlara nəzarət etməyə qoymur. Direktor Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva kolleci şəxsi bizneslərinə çeviriblər. Onu da deyim ki, Teymuraz Əfəndiyev 2014-cü ildə korrupsiya ilə əlaqədar Sosial İqtisad Kollecindən işdən çıxarılıb".

4 ildir bu kollecdə çalışdığını deyən A. Muradovanın iddiasına əsasən, bu vəziyyəti şikayət etdiyi üçün rəhbərlik onunla ədavət aparır: "Mənim ADİU-ya İqtisad universitetinə şikayətimdən bəri aylardır bəzi işçiləri öyrədib üstümə hücum edirlər. Əl atdından ərizə yığıblar ki, guya onları təhqir etmişəm".

İddialarla bağlı Qida Sənayesi Kolleci ilə əlaqə saxladıq. Kollecin direktoru Vilayət İsmayılovun sözlərinə görə, deyilənlər tamamilə böhtandır: "Yazılı imtahan çətin olduğuna görə, humanist yanaşaraq biletlər paylandıqdan sonra tələbələrə 3 dəqiqə vaxt verilir ki, yaddaşlarını bərpa etsinlər. Həmin anı çəkərək yalandan istifadə ediblər. Onun davamı da var ki, artıq imtahana başlayanda telefonlar hamısı yığışdırılıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1713   Tarix: 31 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021