"Azərbaycan - Macarıstan iqtisadi əlaqələrində ölkə Prezidentinin Macarıstan səfəri ilə yeni dövr başlayır" - ŞƏRH
"Azərbaycan - Macarıstan iqtisadi əlaqələrində ölkə Prezidentinin Macarıstan səfəri ilə yeni dövr başlayır. Macarıstan Rusiya-Ukrayna müharibəsi səbəbində ən çox sıxıntı yaşayan ölkələrdən biridir. Çünki onun yeddi ölkə ilə sərhəddi olsa da, heç bir dəniz səhərdi olmadığı üçün limanı da yoxdur. Ona görə də ölkənin enerji təhlükəsizliyi yalnız boru kəmərlərinin ümidinə qalıb. Bu boru kəmərlərinin mütləq əksəriyyəti isə Rusiyadan gələn kəmərlərdir. Buna görə də Avropanın Rusiyaya sanksiyalarına əngəl olmağa çalışan əsas ölkə məhz Macarıstandır".
Bu sözləri Sonxeber.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, Macarıstanın Azərbaycana yatırdığı investisiyanın Azərbaycanın ora yatırdığı investisiyadan 55 dəfə çox olması (1.1 milyard dollar və 18 milyon dollar), Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması, Macarıstan avia şirkətinin Bakıdan birbaşa Budapeştə aviauçuşlar həyata keçirməsi, İAOƏ-də minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə etməsi, Azərbaycanlı tələbələrin Macarıstanda təhsil alması üçün təqaüd proqramının icra edilməsi və digər çox saylı məqamlar ölkələr arasında iqtisadi münasibətlərin heç də pis olmadığını deməyə əsas verir.
"Amma ölkələr arasında iqtisadi münasibətlərin birinci göstəricisi olan ticarət dövriyyəsidir ki, bu dövriyyə real potensialdan çox aşağıdır. Baxmayaraq ki, 2022-ci ildəki dövriyyə 2021-ci illə (35 mln. dollar) müqayisədə 35%-ədək artaraq, 47,4 milyon dollar gəlib çatıb, amma bu mövcud potensialdan qat-qat aşağıdır. Potensialın ən böyük hissəsi isə enerji təhcizatı üzrədir.
Baxmayaraq ki, Macarıstan ixrac və idxala görə sıralamada ən balanslı mövqeyə malik ölkədir, ixrac üzrə dünyanın 35-ci ən böyük ixracatçısı, idxal üzrə isə 34-cü ən böyük idxalatçısıdır, amma yenə də bu müharibə onun üçün ciddi problemlər yaradır. Onun bu probleminin həllində hazırda ən çox yararlı olan ölkələrdən biri Azərbaycandır. Çünki, Avropaya çatmış TAP qazının Yunanıstanın qonşu ölkələrinə daxili konnektorlar vasitəsilə çatdırılması məsələsində Macarıstan da ciddi istəklidir. Hazırda Yunanıstan-Bolqarıstan arasında olan konnektor 3,5 milyard m3 qaz ötürə bilsə də, onun 5,0 milyard kubmetrdək artırılması imkanı var ki, bu digər ölkələrdən keçərək Macarıstanın da qaz təhcizatını artırmağa imkan verəcəkdir. Macarıstan həm də ötən ilin sonu Azərbaycanla Rumıniya və Gürcüstanın iştirakı ilə dördtərəfli saziş imzalayıb. Anlaşmaya görə Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi Qara dənizin dibi ilə kabel vasitəsilə Avropya nəql ediləcəkdir. Bu layihənin uğurlu təhcizatı üçün Azərbaycanda mövcud resurslar içərisində ən böyük rolu Xəzər dənizinin 157 Gvt-lıq külək enerjisi potensialı oynayacaqdır. Düşünürəm ki hazırki tətbiqlər hesabına 157 Gvt proqnoz edilsə də, illər sonra xüsusi üzən qurğular və tam yeni texno tətbiqlər nəticəsində bu potensialın çox olması istisna edilə bilməz".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva