Ötən il Türkiyədə 10.500 əsər aşkar edilib

Ötən il Türkiyədə 10.500 əsər aşkar edilibBəşər tarixinin görkəmli qovşağı olan Anadolu, ev sahibliyi etdiyi sivilizasiyaların bənzərsiz xəzinələri iləzəngin bir coğrafiya kimi seçilir. Köklü tarixi ilə göz qamaşdıran bu diyarda 2022-ci ildə 713 arxeoloji fəaliyyətlə 10.500-ə yaxın əsər üzə çıxarılıb.

Dünyanın ən qədim yaşayış məskənlərinə ev sahibliyi edən Anadolu torpaqları əvəzsiz tarixi zənginliyi ilə diqqət çəkir. Türkiyə, qədim sivilizasiyalara aid saysız-hesabsız qeyri-adi tarixi əsərlərə ev sahibliyi edir və bunların bir çoxu qazıntılar əsnasında tapılaraq muzeylərə gətirilir. Son iki əsrdə Anadoluda bəşəriyyətin mədəni irsini işıqlandırmaq üçün arxeoloji tədqiqatlar aparılıb və bu gün də ölkə daxilində araşdırmalar davam edir.

Muzey fəaliyyətlərində qabaqcıl olan Türkiyə arxeoloji tədqiqatlarda da nümunəvi ölkədir. 2022-ci ildə ölkə sərhədləri daxilində ümumilikdə 713 arxeoloji fəaliyyət həyata keçirilib. Yeddi bölgədə qazıntılara, həmçinin konservasiya işləri və akademik nəşrlərə ev sahibliyi edən Türkiyə, bu sahədə önə çıxır. Qazıntı, arxeoloji tədqiqat, geofiziki georadar və təmizlik işləri kimi bir sıra fəaliyyətləri dəstəkləyən Türkiyə arxeoloji tədqiqatlar baxımından dünyanın ən məhsuldar ölkələri arasında göstərilir.

Türkiyə boyu arxeoloji tədqiqatlar

2022-ci ildə Türkiyədə həyata keçirilən işlər çərçivəsində 160-ı Türkiyə elmi nümayəndə heyətləri, 32-si xarici elmi nümayəndə heyətləri və 57-si Muzey Müdirliklərinin rəhbərliyi altında olmaqla, ümumilikdə 249 arxeoloji qazıntı aparılıb. Həmçinin Muzey Müdirliklərinin rəhbərliyi ilə 187 xilasetmə qazıntısı, 10 dövlət investisiya sahəsi xilasetmə qazıntısı və 89 sondaj tipli qazıntı işləri aparılmışdır.

Türkiyə həm də qədim zamanlardan qalma gəmi qəzaları və sənət əsərləri ilə dəniz arxeologiyasının mərkəz nöqtəsidir. Ölkədə 7 dəniz qazıntısı və 3 tədqiqat işi aparılıb.

İl ərzində Türkiyə daxilində aparılan qazıntılara əlavə olaraq, davam edən səth tədqiqatları, geofiziki georadar və təmizlik işləri ilə ölkədə arxeoloji fəaliyyətlərin ümumi sayı 713-ə çatıb. Detallı araşdırmalar nəticəsində muzeylərə 10.500-ə yaxın tarixi əsər gətirilib.

Keçən il ən çox arxeoloji işlərə ev sahibliyi edən bölgə, 54 fəaliyyətlə, Egey və Aralıq dənizini birləşdirən Muğla oldu. Yüzlərlə qədim şəhər və xarabalığı ilə 8 min illik tarixə işıq tutan Muğlanın davamşısı isə 41 arxeoloji araşdırma ilə Egeyin incisi İzmir oldu.

2022-ci ildə Arxeologiya Səhnəsindən diqqət çəkən məqamlar

Laodikiya Qədim Şəhərinin Qərb Teatrında aparılan bərpa işləri başa çatıb. Dənizli sərhədləri içərisində olan Laodikya, e.ə. 1-ci əsrdə Anadolu coğrafiyasının ən əhəmiyyətli və məşhur şəhərlərindən biri idi. Laodikiya Antik Şəhərinin bərpa edilmiş Qərb Teatrı yenidən mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb.

Dənizlidə Mədəniyyət və Turizm Nazirliyi, Pamukkale Universiteti və Dənizli Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə 1979-cu ildən bəri fasiləsiz olaraq hər il keçirilən Beynəlxalq Qazıntı, Araşdırma və ArxeometriyaSimpoziumu baş tutub. Tədbirdə çoxlu sayda yerli və xarici alim və tələbə iştirak edib.

2023-cü il üçün sahə tədqiqatları ilə bağlı planlaşdırma və qiymətləndirmələr davam edərkən, 2023-cü ildə Türkiyənin tarixi zənginliyini gələcək nəsillərə ötürmək üçün təxminən 750 arxeoloji fəaliyyətin həyata keçirilməsi gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 754   Tarix: 31 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021