Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluqMərhum müğənni Rəhim Rəhimlinin qardaşı Anar Rəhimli dələduzluq əməli ilə üzləşdiyini bildirir.

Sonxeber.az xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən A.Rəhimli Zaur İsayev adlı tanışının onu aldadaraq 80 min manata yaxın pul aldığını iddia edib.

Həmin məbləğin qarşılığında aldığı mənzilin sonradan başqa şəxsə məxsus olduğunu öyrənən müğənninin qardaşı hadisə ilə bağlı polisə və prokurorluğa müraciət edib:

"Əvvələr tanıdığım İsayev Zaur Akif oğlu "Sahil-D Kompani" MMC tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən yaşayış binasında qapı-pəncərə işləri gördüyünü və gördüyü işin əvəzində barter olaraq, pul əvəzinə MTK tərəfindən həmin binanın 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157.6 kv.m olan 3 otaqlı 111 saylı mənzilin ona verildiyini bildirmişdi. O, həmin mənzili 78 500 (yetmiş səkkiz min beş yüz) manata satışa çıxardığını da mənə demişdi.

Mən həmin binaya gedərək qeyd edilən mənzilə baxdım və Zaura evin dəyərini tam ödədim. Sonra Zaur İsayev mənə "Sahil-D Kompani" MMC ilə mənim aramda 11 aprel 2013-cü il tarixli 191 saylı pay müqaviləsini təqdim etdi. 2019-cu ildə MTK-nın qeyd edilən ünvanda inşa etdiyi binaya getdikdə mənə oradan bildirildi ki, mənim bu binada mənzilim yoxdur, həmin mənzildə başqa şəxslər yaşayır.

Bundan sonra mən başa düşdüm ki, Zaur İsayev ona olan etibarımdan sui-istifadə edərək məni aldadıb. Bundan sonra Zaur mənə vurduğu ziyanın 20 900 (iyirmi min doqquz yüz) manatını hissə-hissə qaytardı, qalıq məbləği isə qaytarmaqdan yayındı. Sonradan onun mənə verdiyi müqavilənin saxtalaşdırıldığı məlum oldu".

Şikayətçi əlavə edib ki, Zaur pulun qalan hissəsini qaytarmadığı üçün onun barəsində Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Prokurorluq tərəfindən işin araşdırılması Binəqədi RPİ-yə tapşırılıb:

"Zaur İsayev müstəntiqin xidməti otağında çəkinmədən törətmiş olduğu cinayət əməlini, yəni mənim etibarımdan istifadə etmək yolu ilə məni aldadaraq pulumu ələ keçirməsini əvəzində isə mənə saxtalaşdırılmış müqavilə təqdim etdiyini etiraf etdi.

Bununla bağlı dəfələrlə Baş Prokurora, Bakı şəhər Prokuroruna müraciət etməyimə baxmayaraq, tədbir görülmür. Artıq üç ildir ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqləri və Binəqədi rayon Prokurorluğunun vəzifəli şəxsləri mənim işimə baxmır".

Zaur İsayev açıqlamasında bildirib ki, A.Rəhimovla aralarında borc müqaviləsi mövcuddur və məhkəmənin qərarı ilə qarşı tərəfə pul ödəyir: "Bu insan şantajla, dələduzluqla məşğuldur.

Rəhimin vəfatı ərəfəsində mənə məxsus "BMW" markalı avtomobil hərrac yolu ilə satışa çıxarılıb və pulu Anara ödənilib. Məhkəmə qərarlarının icrası üzrə ödəniş edilir".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, qeyd edilən şikayətin mülki məsələ olması müəyyən edilib:

"Vətəndaş A.Rəhimli Z.İsayevin mənzil verəcəyini vəd edərək ondan 78 500 manat pulunu alması ilə bağlı müraciəti əsasında polis orqanında prosessual araşdırma aparılıb.

Araşdırma zamanı şəxslər arasında öhdəlik münasibətlərindən irəli gələn mülki mübahisənin yarandığından tərəflərə bu mübahisənin həll edliməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilib".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1571   Tarix: 31 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021