Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən DANIŞDI
Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda 13 şahid - bağça müdirləri və icra nümayəndələri dindirilib.
Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərviz İbrahimov bildirib ki, işlədiyi dövrdə Şəmkir şəhər 6 saylı Körpələr evi-uşaq bağçasına 1587 manat məbləğində 30 kub odun yanacağı verilməsi barədə qaiməyə qol çəksə də, həmin yanacaq təhvil verilməyib:
"Qaiməni Alimpaşa Məmmədovun tapşırığı ilə imzalamışam. Mənə demişdilər ki, sən öz işinlə məşğul ol, heç nəyə qarışma".
Alimpaşa Məmmədov ifadəyə belə münasibət bildirib: "Pərviz İbrahimovun dediklərinin hamısını təsdiq edirəm".
Prosesdə əhalinin siyahıya alınması zamanı pul yığılması ilə bağlı ən çox adı çəkilən rayon Statistika şöbəsinin sabiq müdiri Pərvin Gözəlov da ifadə verib.
Pərvin Gözəlov istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Şahidin sözlərinə görə, əhalinin siyahıya alınması zamanı icra nümayəndələri, bağça müdirləri və digər işçilərdən ümumilikdə 40 min manat pul toplanıb. Həmin pul da icra başçısının müavini Qüdrət Əliyev vasitəsilə Alimpaşa Məmmədova çatdırılıb.
Alimpaşa Məmmədov isə 40 min manatın 15 min manatını əziyyət çəkdiyi üçün Gözəlova qaytardığını deyib. Bu vaxt dövlət ittihamçısı ilə sabiq icra başçısı arasında mübahisə olub. Dövlət ittihamçısı əvvəlki ifadəsində 40 min manatın hamısını özünə götürdüyünü deməsini sabiq başçının diqqətinə çatdırıb.
18 ay şəhər Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş Elşən Quliyev isə bağçaların təminatı üçün ayrılan pulun mənimsənilməsi epizodu üzrə sorğu-sual edilib.
Elşən Quliyevin sözlərinə görə, ayrılan pullara bağçalar üçün müxtəlif materiallar almaq üçün ona Alimpaşa Məmmədov tapşırıq verməyib. Prokuror şahiddən düzgün danışmasını tələb edərkən Alimpaşa Məmmədov müdaxilə edərək tapşırığı özü verdiyini deyib:
"Mənə yaxşılıq eləmək istəyir (gülür). Mən tapşırığı vermişəm, ifadəni də təsdiqləyirsən. Elədi, qurtardı getdi!"
Şahid qismində ifadə verən bağça müdirləri isə əhalinin siyahıya alınması zamanı toplanmış pullar barədə danışıblar. Şahidlər siyahıya alınma zamanı toplanan pulların rayon statistika şöbəsinin müdiri Pərvin Gözəlov və icra başçısının müavini Qüdrət Əliyev tərəfindən Alimpaşa Məmmədova çatdırıldığını deyiblər.
Proses fevralın 7-də davam etdiriləcək.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva