İrana bağlı "İnteraz" və "SalamNews"un vergidən yayınmasına və fəaliyyətinə hansı məmurlar dəstək verib? — ŞOK DETALLAR
İranın casus şəbəkəsinə qarşı əməliyyat "İnteraz" kanalı və "SalamNews" informasiya agentliyində də keçirilib. Bu media resurslarının İran maliyyəsi ilə fəaliyyət göstərdiyi və mollaların təbliğatını apardığı heç kəsə sirr deyil.
Uzun illər İran rejimi bu media resurslarının maliyyələşdirilməsini hacı Mətləb Bağırov adlı şəxs üzərindən həyata keçirib. Qumda təhsil alan, mollaların əsas təbliğatçısı olan Mətləb Bağırov hazırda Rusiyada yaşayır, son dövrlər isə "İnteraz"-ın peyk yayımını "Türksat"a keçirməsindən sonra fəaliyyətini İstanbula köçürüb.
"İnteraz" və "SalamNews"un Azərbaycan mediasına sızması isə Prezident Administrasiyasının ləğv olunmuş ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun dövründə baş verib. Yaradılan şəraitdən istifadə edən hər iki media orqanı İran rejiminin əsas müdafiəçisi rolunu həyata keçirirdi.
Əldə etdiyimiz məlumatlara görə, İrana bağlı hər iki media orqanı Azərbaycanda təkcə informasiya casusluğunu həyata keçirməyib, həm də qeyri-qanuni fəaliyyət göstərib.
Birincisi, külli miqdarda vergidən yayınıb. Redaksiyalarda 50-dən çox əməkdaş çalışsa da, onlardan yalnız bir neçəsi rəsmi işçi kimi göstərilib. Vergi ödəməmək üçün işçilərə əmək haqqı "paket" formasında verilib.
İkincisi, redaksiyalarda əmək qanmunvericiliyinə əməl edilməyib. Səlim Müslümovun Əmək və əhalinin sosial müdafiəsi naziri olduğu dövrdə "İnteraz" kanalı və "SalamNews" informasiya agentliyinin onlarla əməkdaşının maaşı ödənilmədən qanunsuz şəkildə işdən azad edilib, Nazirlik isə bu qanunsuzluğa göz yumub. Həmin dövrdə Dövlət Əmək Müfəttişliyinə dəfələrlə şikayət olunsa da, heç bir tədbir görülməyib. "İnteraz" kanalı və "SalamNews" informasiya agentliyinin rəhbəri hacı Mətləb Bağırovla Səlim Müslümovun əməkdaşlıq əlaqələri sayəsində sözügedən işçilərin hüquqları tapdalanıb.
Əli Həsənov və Səlim Müslümovun "himayəsi" ilə fəaliyyət göstərən "İnteraz" kanalı və "SalamNews" informasiya agentliyi rahat şəkildə İran rejimini təbliğ edir, hətta informasiya casusluğunu da həyata keçirirdi. Hər iki media orqanının Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid yaratması şübhəsiz idi.
Ancaq hüquq-mühafizə orqanlarımızın həyata keçirdiyi son əməliyyatlar təsdiq etdi ki, Azərbaycan dövləti bu təhdidi aradan qaldırmağa qadirdir. Bundan sonra da Azərbaycan dövlətinə və xalqına qarşı çevrilən istənilən fəaliyyətin qarşısı qətiyyətlə alınacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1779 Tarix: 31 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021