"Tehranın məsuliyyət daşıdığı terror hücumu 100-ə yaxın ölkə və beynəlxalq təşkilat tərəfindən pislənib" - DEPUTAT

"Tehranın məsuliyyət daşıdığı terror hücumu 100-ə yaxın ölkə və beynəlxalq təşkilat tərəfindən pislənib" - DEPUTAT"Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı həyata keçirilmiş və bir başa Tehranın məsuliyyət daşıdığı terror hücumu 100-ə yaxın ölkə və beynəlxalq təşkilat tərəfindən pislənib və təqsirkarların cəzalandırılmasının zəruriliyi bəyan edilib.İlk növbədə ona görə ki, baş verənlər 1946-cı il BMT, 1961 və 1963-cü illər Vyana, habelə 1973-cü il "Diplomatların müdafiəsi haqqında" Konvensiyalara, yəni bütövlükdə beynəlxalq hüquqa ziddir və bütövlükdə hər bir ölkə üçün təhdiddir.Azərbaycan da məhz beynəlxalq hüququ rəhbər tutaraq teror aktının pislənməsi və bu istiqamətdə birgə mübarizə tədbirlərinin zəruriliyini diqqətə çatdırmaq məqsədi ilə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə kommünike və bəyanat layihələri təqdim edib".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, ərazisində baş verən beynəlxalq cinayətin nəticələrinin araşdırılmasında maraqlı olmalı olan İran əslində bu müraciətə üzərindəki "terror dövləti" ləkəsini silmək üçün fürsət kimi baxmalı, baş verən çirkin hadisəni ilk növbədə bütün beynəlxalq platformada özü pisləməli idi.

"Amma Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da ifadə olunduğu kimi, İran qərarların konsensusla qəbul edilməsi prosedurundan yararlanaraq Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu və AQEM-də terroru pisləyən kommünike və bəyanat layihələrinə etiraz edərək bu sənədlərin qəbuluna mane olub. Yəni dolayısı ilə İran terror dövləti olduğunu, Tehrandakı səfirliyimizə hücumun da məhz dövlət səviyyəsində təşkil olunduğunu göstərmiş oldu.Bildiyiniz kimi, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə yalnız Suriya və Hindistanın dəstək verib və bu əslində bizim üçün təəccüblü olmamalıdır.Hindistanın özünün işğala, təcavüzə və separatizmə açıq dəstək verən dövlət olduğunu ən azı Vətən müharibəsi zamanı və postmüharibə dövründə dəfələrlə şahidi olmuşuq. Öz ərazisində isə Hindistan müsəlmanlara qarşı ən kəskin formada ayrıseçkilik və təqib, o cümlədən terror cinayətləri həyata keçirən dövlətdir. Qoşulmama hərəkatı və AQEM-dəki davranışla da Dehli əslində özünün dövlət siyasətinə sadiq qalıb.
Suriya isə bu gün dünyada ən çox terror qruplaşmalarına ev sahibliyi edən, terror ixracatçısı ölkə və bütövlükdə Yaxın Şərqdə stabillik üçün əsas təhdidlərdən biri, İranın isə ən yaxın terror ortağıdır.Bu mənada Hindistan və Suriyanın Tehranın terror xislətinə dəstək verməsi gözlənilən olsa da üçlüyün cari davranışı eyni zamanda beynəlxalq ictimaiyyət üçün həyacan siqnalı olmalıdır. Hər bir beynəlxalq subyekt anlamalıdır ki, İran, Suriya və Hindistanda yerləşən bütün diplomatik missiyalar hücum təhdidi altındadır və mümkün terrora da elə bir başa həmin dövlətlər özləri rəvac verə bilərlər. Bu mənada hər üç dövlətin terror hadisəsini ört-basdır etmək cəhdlərini pisləməli, Tehran, Dehli və Dəməşqə qarşı sanksiya və əlavə preventiv tədbirlərin tətbiqi mexanizmləri araşdırılmalıdır".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2026   Tarix: 03 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr