Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq? – ARAŞDIRMA

Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq? – ARAŞDIRMAÇinin Hangzhou şəhərindən olan tələbə Çjou Yi süni intellekt (Artificial Intelligence) vasitəsi ilə riyaziyyatla bağlı problemlərini həll edib. Xüsusi alqoritm tələbənin dərslərinə nəzarət edib və semestrin sonunda Çjou test üçün maksimum bal toplaya bilib. 2019-cu ildən Çin məktəblərində süni intellekt dərslərini tədris etmək üçün 10 cildlik süni intellekt dərsliyi seriyasının işıq üzü görməsi şagirdlərin yeni texnologiyalarla təmasını daha da sıxlaşdırıb. Şagirdlər bu fənni ya seçmə, ya da məktəb kurikulumunun bir hissəsi kimi öyrənirlər. Süni intellektin inkişaf tarixini və bu texnologiyaların üz tanıma, avtonom idarəetmə və ictimai təhlükəsizlik kimi sahələrdə necə tətbiq oluna biləcəyini təsvir edən dərsliklər Çin hökumətinin qərarı ilə ibtidai və orta məktəblərin kursu üçün yazılıb.

"Bu, uşaqlara təkcə mövzuya dair zəruri elementar biliklər vermək deyil, həm də onların yaradıcılıq qabiliyyətlərini və təxəyyüllərini maksimum dərəcədə üzə çıxarmaq və reallaşdırmaq üçün edilir. Digər nəşrlərdən fərqli olaraq, bu dərsliklər sizə "şagirdlərin həm əllərindən, həm də beynindən" istifadə etməyə imkan verəcək", - deyə Çin hökumətinin qərarında qeyd edilib. Nəzəri təlimdən dərhal sonra proqramın daha yaxşı başa düşülməsinə və mənimsənilməsinə yönəlmiş praktiki məşğələlər keçirilir. Çində süni intellektin öyrənilməsi üzrə məktəb dərsliklərinin tətbiqi onu göstərir ki, süni intellektin tədqiqində böyük irəliləyiş əldə edən ölkə bu texnologiyanın öyrənilməsini mümkün qədər çox uşaq üçün əlçatan etmək qərarına gəlib.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda ölkəmizdə səfərdə olan "Microsoft" şirkətinin rəsmiləri ilə görüşdə müxtəlif təhsil pillələrinin idarə olunması və tədqiqatların stimullaşdırılması məqsədilə süni intellekt və hesablayıcı bulud texnologiyalarından istifadə imkanlarının müzakirə edilməsi bizim təhsilin də süni intellektin tətbiqinə yaxınlaşdığından xəbər verir.

Proqnozlara görə, tezliklə təhsili süni intellektin (AI) iştirakı olmadan təsəvvür etmək mümkün olmayacaq. İstər-istəməz sual yaranır: süni intellektin təhsil prosesinə inteqrasiya olunmasının əhəmiyyəti nə olacaq? Yeni texnologiyaların təhsilalanlar üçün hansısa təhlükəsi varmı?

"Kaspi" qəzetində mövzu ilə bağlı məqalə yayımlanıb.

Ekspertlər hesab edirlər ki, süni intellekt təhsil sahəsini ciddi şəkildə dəyişəcək. Belə ki, tədris üsulları, öyrənmə yolları, biliyə çıxış və müəllim hazırlığı inqilabi dəyişikliklərə məruz qalacaq.

ADA Universitetinin professoru Gülməmməd Məmmədovun fikrincə, süni intellekti təhsildə iki istiqamətdə tətbiq etmək olar: "Süni intellekt haqqında dərsliklərdə şagirdlərin başa düşəcəyi dildə məlumat verilməlidir. Süni intellekt təhsildə işlənən texnologiyaların tərkib hissəsi ola bilər. Yəni bu texnologiyalar süni intellekt əsaslı olmalıdır. Əslində günümüzdə yüksək texnologiyaların elementləri istifadə olunur. Artıq onunla ünsiyyətimiz var. Telefonlarımızda, cihazlarımızda olan tətbiqlər xidmətlər göstərir. Günümüzdə hansısa bir təhsil proqramında yüksək texnologiyalar, mobil telefonlar və ya planşetlərdən istifadə edilirsə, bu o deməkdir ki, onlar vasitəsilə süni intellekt istifadə edilir".

Riskə gəlincə, professor hesab edir ki, məlumatların ikinci şəxsə ötürülməsi təhlükəsi hər zaman var. Belə ki, texnologiyalardan istifadə edəndə bu, narahat olacağımız məqamdır: "Ümumiyyətlə, texnologiyalardan istifadə edəndə onun riskli tərəfləri də olur. İstifadə zamanı bu riskləri də idarə etmək olar. Süni intellekt bir qədər qorxulu səslənə bilər. Şagirdlər süni intellekt cihazı ilə ünsiyyət qurursa, müəyyən dərəcədə ehtiyatlı davranmalıdırlar. Kiber mühitdə olanda bu riskləri gözə almalıdırlar". G.Məmmədov süni intellektin təhsildə tətbiqi ilə bağlı səslənən proqnozlara da münasibətini bildirir: "Elə bir inanc var ki, gələcəkdə təhsil süni intellekt vasitəsilə veriləcək. Müəllimlərin tədris prosesində iştirakı keçmişdə qalacaq. Bu, müəyyən dərəcədə doğru olsa da, tam belə olması mümkün deyil. Tədris prosesi təkcə biliyin müəllimdən şagirdə ötürülməsi deyil, öyrənənlə öyrənən arasındakı qarşılıqlı mübadilədir. Süni intellekt öyrənmədə empatiyanı, müəllimi, bağçada tərbiyəçini, insanın emosional hisslərini əvəz edə bilməz. Ən azı, bu, yaxın gələcəkdə mümkün deyil".

İT mütəxəssisi Emin Axundov yaxın gələcəkdə süni intellektin nəinki təhsili, bütün sahələri əhatə edəcəyi fikrindədir. Belə ki ölkə təhsilində artıq "Virtual məktəb" platforması kimi bir təcrübə mövcuddur. "Pandemiya dövründə "Virtual məktəb" layihəsi həyata keçdi – bütün müəllim və şagirdlər virtual mühitdə görüşdülər. Onların hər bir addımı elektron mühitdə olduğuna görə qeydə alınırdı. Şagirdlərimiz haqqında çox data yığsaq, onların fənn üzrə gələcək nəticələrini də proqnozlaşdıra bilərik. Süni intellektin tətbiqi sübut olunmuş proqnoz əsasında hansısa faktorları dəyişməklə daha yaxşı nəticəyə gəlib çıxmağın bir yoludur".

Ekspert hesab edir ki, biz bu tətbiqə kifayət qədər hazırıq: "Rəqəm yığmaq baxımından yaxşı təcrübəmiz oldu. Nazirlik kiçik və böyük summativ qiymətləndirmələri (KSQ və BSQ) keçirdi. Bir neçə məktəb qeydiyyatın daha çevik olması üçün bunu elektron formaya keçirir. Əgər bizim təhsil sistemi virtual məktəbin elementlərini istifadə etsə, o zaman uşağın ev tapşırığı fəaliyyəti kompüterdə qeyd olunur. Biz ölkə olaraq bəzi dəyişikliklərə hazırıq. "Microsoft"un sistemində iştirak edən ölkələrdən ən yaxşılardan biri biz idik. Bizim təhsil kütləmiz göstərdi ki, lazım olan vaxt vəziyyətdən çıxa bilir. Pandemiya vaxtı şagirdlərin 70 faizi dərslərə telefonla, 30 faizi kompüterlə daxil olurdu. Müəllimlər isə əksinə, 70 faiz kompüterdən, 30 faiz telefondan istifadə edirdi. Dövlətin dəstəyi olmadan insanlar özləri bunu etdi. Datanın daha detallı yığımı, elektron hökumət alətlərinin çoxalması əminəm ki, bir ilə ölkə təhsilinin idarə edilməsində süni intellektin tətbiqinə nail olmağa imkan verəcək".

Ekspert süni intellektin tətbiqinin əhəmiyyətini belə izah edir: "Qərarlarımız daha əsaslı, düzgün və reallığa əsaslanan olacaq. Bu da nəticələrin yaxşılaşmasına gətirəcək. Subyektiv faktor aradan qalxacaq. Maliyyə, inzibati planlamada daha yaxşı nəticələr göstərə bilərik. Bundan başqa, süni intellektin tətbiqi bütün sahələrdə günün tələbi olacaq". E.Axundov hesab edir ki, süni intellektin əsasları haqda şagirdlərimizə də məlumat verməliyik: "Gələcək peşəkarlara gələcəyin istiqaməti haqda məlumat vermiş olacağıq. Həkimlərimiz, polislərimiz, mühəndislərimiz və başqa peşə sahiblərimiz də süni intellekti başa düşəcək. 4-cü sənaye inqilabının özəyi də məhz süni intellektdir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1844   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paltaryuyan maşından pis qoxu gəlir? - Yayda bu problemdən belə qurtulun

Yay aylarında bir çox insan paltaryuyan maşından kif və ya nəmişlik qoxusunun gəldiyini hiss edir. Bunun əsas səbəbi havanın isti və rütubətli olması, həmçinin maşından daha tez-tez istifadə edilməsidir. Vaxtında tədbir görülməzsə, xoşagəlməz qoxu yuyulmuş paltarlara da hopa bilər. xarici mediaya istinadə

14 iyul
.

Evdə zibil qabını qətiyyən qoymamalı olduğunuz 5 yer

Mütəxəssislər bildirirlər ki, zibil qabının düzgün yerdə yerləşdirilməsi xoşagəlməz qoxuların, bakteriyaların və həşəratların yaranmasının qarşısını almağa kömək edir. Demək olar ki, hər evdə zibil qabı olsa da, onun harada saxlanılmasının sağlamlıq və gigiyena baxımından nə qədər vacib olduğu çox vax

12 iyul
.

Şakira Mbappenin atası ilə görüşdü: Ulduz Kiliana minnətdardır

Şakira uzun müddətdir dünya çempionatının əfsanəsi statusunu qazanıb - sənətçi turnirə bir neçə mahnı hədiyyə edib. Ulduz Şimali Amerikada mundial üçün bir himn də yazıb, artıq bir neçə oyunu azarkeş kimi izləyib. -ın xarici mediaya istinadən xəbərinə görə, kolumbiyalı Mərakeşlə oyunda Fransa millisin

13 iyul
.

19 yaşlı gənc 112 milyonluq sərvətini ailəsinə deyil, uşaqlıq dostuna vəsiyyət etdi

Çinin Şanxay şəhərində yaşayan 19 yaşlı universitet tələbəsi təxminən 20 milyon yuan (112 milyon TL) dəyərində olan mənzilini və yığımlarını ailəsinə deyil, uşaqlıq dostuna vəsiyyət edib. bu barədə xarici mediaya istinadla xəbər verir. Gənc bildirib ki, valideynləri boşanıb yenidən ailə qurduqdan sonr

13 iyul
.

Alimlər yağış zamanı səma ilə Yer arasındakı elektrik yükünün dəyişməsinin səbəbini öyrəniblər

Yağış zamanı atmosferlə Yer səthi arasındakı elektrik sahəsi müvəqqəti olaraq istiqamətini dəyişə bilər. "Techno-Science" nəşrinə istinadən xəbər verir ki, bu nəticəyə atmosfer elektrikliliyi və yağıntı zamanı yüklü hissəciklərin davranışını araşdıran alimlər gəliblər. Normal şəraitdə atmosfe

13 iyul
.

Pomidor alanda tələsməyin - Təzə olub-olmadığını saplağından bilmək mümkündür

Parlaq qırmızı rəngi və cəlbedici görünüşü hər pomidorun dadlı və təzə olduğu anlamına gəlmir. Mütəxəssislər bildirirlər ki, düzgün pomidor seçimi həm yeməyin dadına, həm də məhsulun keyfiyyətinə birbaşa təsir edir. Bazar və ya marketdən alış-veriş edərkən bir neçə sadə məqama diqqət yetirməklə dah

12 iyul
.

Keçmiş futbolçu saxlanıldı

Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind

14 iyul
.

Gözlərimiz kütləvi şəkildə formasını dəyişir: həyəcan təbili

Yaxındangörmə (miopiya) dünyada sürətlə yayılan görmə problemlərindən birinə çevrilir. Alimlər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, yaxın onilliklərdə bu problem milyardlarla insanı əhatə edəcək. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, miopiya zamanı gö

12 iyul
.

Yerdə həyatın yaranması ilə bağlı yeni fərziyyə irəli sürülüb

Cənub-Qərb Tədqiqat İnstitutunun alimləri hesab edirlər ki, erkən dövrdə Yerə düşən iri asteroidlər həyatın yaranması üçün ideal şərait formalaşdırmış ola bilər. Kompüter modelləşdirməsinin nəticələrinə görə, bu toqquşmalar Yer qabığını çatladaraq ilk üzvi molekulların əmələ gələ biləcəyi geniş hidroterma

13 iyul