Bakıda "BİR QATİLİN ETİRAFI" səslənəcək
Fevralın 8-də saat 17.00-da 28 Mall Cinema Plus kinoteatrında "Bir qatilin etirafı" qısametrajlı filmin təqdimatı keçiriləcək. MEDİ-ART Psixi Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə hazırlanan film hər 6 saniyədə dünyada 1 nəfərin ölümünə fərman verən qatildən-siqaretin zərərlərindən bəhs edir.
MEDİ-ART Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Tibb Elmləri Doktoru, psixiatr narkoloq, psixoterapevt Araz Əliquliyevin sözlərinə görə, film 9 fevral - Ümumdünya Siqaretdən İmtina Günü ərəfəsində təqdim olunsa da, bu dəhşətli bəla ilə ilin 365 günü mübarizə aparmaq zəruridir. Bu sahədə təşviqat işlərini gücləndirmək, azyaşlıların siqaretə mübtəla olmaması üçün məktəblərdə təbliğatı maksimal gücləndirmək lazımdır.
"Bir qatilin etirafı" qısametrajlı filmin anti-qəhrəmanı cəlbedici qız obrazında olan siqaretdir. Film boyu bir gəncin beynini dumanlandıran, onu hər vasitə ilə cəngindən buraxmamağa çalışan bu qatil sonda məqsədinə çatır. Filmin sloqanında da cərəyan edən hadisələrə, süjet xəttinə uyğun olaraq, seçilib: "Siqaret deyil, asılılıq öldürür!". Filmin baş prodüseri, aparıcı Firuzə Cəlilovanın sözləri ilə desək, "Əgər sən asılılıqlara meyllisənsə, o zaman siqaret olmasa belə, həyatında başqa kabus tapacaqsan."
"Bir qatilin etirafı" qısa metrajlı filmin təqdimatına millət vəkilləri Jalə Əliyeva, İlham Məmmədov, Bəhruz Məhərrəmov, tanınmış həkimlər, ictimaiyyət nümayəndələri, media mənsubları dəvətlidir. Buyurun gəlin və 28 Mall Cinema Plus kinoteatrında siqaret adlı qəddar qatilin etirafını dinləyin və görün.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2045 Tarix: 08 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr