"İran son davranışları ilə, ermənidən daha təhlükəli düşmən olduğunu sübut etdi" - DEPUTAT
İran və Ermənistan birlikdə Azərbaycana hücuma hazırlaşması barədə yerli mətbuatda məlumat gedib. Qeyd edilir ki, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır. Onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki,İran və Ermənistanın, Azərbaycanın Qubadlı və Laçın rayonları istiqamətində hücum planlaşdırılması barədə kəşfiyyat məlumatlarına mən də sizin kimi mətbuatda oxumuşam:
"Əvvəla onu qeyd edim ki, tarixən hər iki ölkə terroru dəstəkləyən, ərazisində terrorçu qruplar yetişdirən dövlət imicinə malikdirlər. İranın SEPAH, HİZBULLAH, Ermənistanın ASALA, ASOA, AOD və başqa terror təşkilatlatları saysız-hesabsız cinayətləri ilə dünyada məşhurdur. Terror təşkilatlarından öz çirkin ideologiyasını yaymaq istiqamətində molla rejimi geniş təcrübəyə malikdir. Yəmən, İraq, Suriya, Livan, Əfqanıstan, Bəhreyn kimi ölkələrdə gedən vətəndaş müharibələri, dağıdıcı proseslər, məhz, başlarına əmmamə qoyub, şeytana xidmət edənlərin əməlləridir.
Əfsuslar olsun ki, 90-cı illərin ideoloji boşluğundan yararlanan Ocaqnicat kimi ünsürlər, ölkəmizdə də, 30 ilə yaxın müddətdə toxumlarını səpdilər. Tehrandakı səfirliyimizə qarşı xain saldırının kökündə, əsasən terror əleyhinə apardığımız mübarizə durur. Ona görə də, ehtiyatlı olmalı, hər an, belə qonşulardan sürpriz gözləməliyik".
Deputat vurğulayıb ki, Ermənistanla bağlı hər şey güzgü kimi aydındır:
"Bu ölkə, Azərbaycan, Türkiyə əleyhinə yaradılmış alət, geosiyasi layihədir. İrana gəldikdə isə, hər kəsə məlum idi ki, bütün imkanları ilə Ermənistana dəstək verir. Ancaq, İslam dininə aidiyyəti olmayan, din, alveri ilə məşğul olan mollaların riyakarlığı 44 günlük müharibədən sonra üzə çıxdı. Son iki ildə ermənilərə verdiyi dəstəklə, onlara kortəbii şəkildə səcdə edən yüz minlərlə tərəfdarlarına xəyanət etmiş oldu. İran son davranışları ilə, ermənidən daha təhlükəli düşmən olduğunu sübut etdi Yanılırlar. Azərbaycan istənilən düşmənə layiqincə cavab vermək iqtidarındadır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva