"Nərmin işi" ilə bağlı rəy vermiş ekspert məhkəmədə ifadə verib
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin müdiri Nizami Rəhimov dindirilib.
Nizami Rəhimov müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə çağırılıb. O, digər ekspertlərlə birgə Nərmin Quliyevanın meyitinin müayinəsində və ekspert rəyinin verilməsində iştirak edib.
Bu rəydən başqa, təqsirləndirilən şəxsin vəkilləri alternativ olaraq rusiyalı ekspertdən də rəy alıblar. Qarşılaşdırma zamanı rəylər arasında ziddiyyətlər yaranıb.
Prosesdə İlkin Süleymanovun vəkilləri Əlibaba Rzayev və Murtuzəli Abbasov həmin ziddiyyətli məqamlara diqqət çəkərək ekspertdən rəyi hansı əsaslarla verdiyini soruşublar.
Ekspertə verilən suallardan biri rəydə meyitin ön və arxa hissəsinin yanmasının göstərilməsi ilə bağlı olub. Vəkillərin meyitin üzərində olan paltarların yanmaması ilə bağlı sualına şahid paltarın yanmamasının mümkün olduğunu deyib. Vəkillərin belə olan halda meyitin arxa hissəsinin necə yandığı barədə suallarına isə şahid bəzi məqamları xatırlamadığını bildirib.
Hakimlər ekspertə həmin məqamları xatırlaması üçün rəylə yenidən tanış olmağa imkan yaradıblar.
Şahid rəyi oxuduqdan sonra yenə də sualların bir çoxuna "bilmirəm", "ola bilər" kimi cavablar verib.
Ekspertin dindirilməsi fevralın 15-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva