Şahin İbadovun qanunsuz tikintilərilə bağlı araşdırma başladı - Biznesmen dövlət qurumlarına əngəl olmağa çalışır
"Bakı Tikinti Kosntruksiya" Qapalı Səhmdar Cəmiyyətinin ərazisində qeyri-qanuni tikililərlə bağlı araşdırma aparılır.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, araşdırmalarda müvafiq dövlət qurumları, o cümlədən Nərimanov rayon İcra Hakimiyyəti də iştirak edir.
Əldə etdiyimiz məlumata görə, "Bakı Tikinti Kosntruksiya" QSC-nin rəhbəri Şahin İbadov qeyri-rəsmi yollarla yoxlamalara əngəl olmağa çalışır. QSC-nin ərazisində qeyri-qanuni tikililər mövcud tikinti normalarına zidd qurulub və Şahin İbadovun "öz qanunları" ilə tikildiyi heç kəsə sirr deyil. "Biznesmen-məmur" isə bütün əlaqələrini işə salaraq, "öz qanunları" ilə tiktirdiyi obyektləri rəsmiləşdirməyə çalışır.
Qeyd edək ki, "Bakı Tikinti Kosntruksiya" QSC ərazi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə tabedir.
RİH başçısının nümayəndəsi Mirzə Mirzəyev Qaynarinfo-nun sorğusu əsasında "Bakı Tikinti Kosntruksiya" QSC-nin ərazisinə baxış keçirdiklərini bildirib. O, nəticələrlə bağlı hələlik heç bir söz deyə bilməyəcəyini qeyd edib.
Nərimanov rayon icra başçısının müavini İlqar Mirzəyev isə sorğumuza cavab olaraq bildirib ki, elektron müraciətə baxılaraq, məsələni araşdırılacaq və qanunverciliyin tələblərinə uyğun tədbirlər görüləcək. Araşdırmanın nəticələri barəsində müvafiq məlumat veriləcək.
Qeyd edək ki, Qaynarinfo-da "Bakı Tikinti Kosntruksiya" QSC qeyri-qanuni fəaliyyətilə bağlı məlumat dərc edildikdən sonra Şahin İbadov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri vəzifəsindən azad olunub.
Xatırladaq ki, "Bakı Tikinti Kosntruksiya" QSC-də qeyri-qanuni tikililər mövcuddur. İddia edilir ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarları tikdirilib.
Bu azmış kimi, sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldirilir.
Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cuzidir və realıqdan fərqlənir. Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır.
Mənbənin verdiyi məlumata görə, bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb.
Mənbə qeyd edir ki, ötən ilin sentyabr ayından başlayaraq, FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz tikinti işləri davam etdirilib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva