"İran və Ermənistanı bir-birinə bağlayan ortaq cəhət tarix boyu terrorçu qruplar yetişdirməsidir" - DEPUTAT
"Bu gün İran dövləti Ermənistanla birləşib, hər hansı bir təxribata əl atmazdan öncə iki dəfə düşünməlidir".
Bunu Sonxeber.az-a danışan deputat Cəbi Quliyev bildirib.
Deputat qeyd edib ki, tarix boyu ermənilər Azərbaycan xalqına qarşı soyqırımlar və terror aktları həyata keçiriblər:
"Təbii ki, ermənilər bu terror aktlarını təkbaşına həyata keçirmirlər. Ermənilər bu məsələdə havadarlarına güvənirlər. 30 il boyu İran Ermənistana gizlin yardımlar edirdisə, 44 günlük Vətən müharibəsindən sonra dəstəyini açıq-aşkar etməkdədir. İran və Ermənistanı bir-birinə bağlayan ortaq cəhət hər iki ölkənin tarix boyu terrorçu qruplar yetişdirməsidir. Bilirsiniz ki, İranın SEPAH, HİZBULLAH, Ermənistanın isə ASALA, ASOA, AOD və başqa terror təşkilatlatları saysız-hesabsız cinayətləri ilə məşhurdur. Təəssüf ki, biz qonşularımızı seçə bilmirik, bu hər iki terrorçu ölkə ilə eyni bölgədə yerləşirik.
Deputat vurğulayıb ki, Ermənistan mustəqilliyimizin ilk illərində ölkəmizdəki ağır durumdan istifadə edərək torpaqlarımızın 20 faizini işğal etdi:
"Ulu öndər Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə bütün sahələrdə inkişaf başlanıldı. Əsasən də ordu quruculuğunda. Qanunsuz silahlı silahlı qüvvələr ləğv edilərək, nizami ordunun formalaşdırılması istiqamətində addımlar atılmağa başlanıldı. Qısa bir vaxtda vahid komandanlığa tabe olan ordu formalaşdırıldı və peşəkar kadrlarla təmin olunması, texniki təchizatının yaxşılaşdırılması istiqamətlərində çox mühüm addımlar atıldı. Ulu öndərin başladığı ordu quruculuğu siyasəti bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz cənab prezidentin rəhbərliyi ilə dövründə yetişən vətənpərvər gənclərimiz 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərə imza ataraq torpaqlarımızı işağaldan azad etdi".
Deputat söyləyib ki, 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə İran hökuməti işğalçını dəstəkləyən açıqlamalar verərək, ölkəmizə qarşı açıq-aşkar təxribatlara əl atmağa başladı:
"Səfirliyimizə edilən hücum da İranın ölkəmizə qarşı növbəti təxribatı idi. Bu xain hücumdan sonra İrandan hər formada xəyanət gözləniləndir. Ona görə də daim ayıq-sayqlığımızı qorumalı və düşmənin hər cür tıxribatına hazırlıqlı olmalıyıq. Ermənistana və onun havadarlarına məsləhətim 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərini unutmasınlar".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva