Azərbaycanda ilk dəfə uzunömürlülük üzrə beynəlxalq konqres keçiriləcək

Azərbaycanda ilk dəfə uzunömürlülük üzrə beynəlxalq konqres keçiriləcəkPaytaxt Bakı "Viva La Vida" adlı Beynəlxalq Konqres və Sərgiyə ev sahibliyi edəcək. Uzunömürlülük üzrə ilk beynəlxalq konqres Səhiyyə Nazirliyinin dəstəyi və Sea Breeze Resort-un tərəfdaşlığı, həmçinin AWWA Dünya Estetik və Sağlamlıq Akademiyasının, Sea Breeze Anti-aging Mərkəzin və uzunömürlülük, sağlamlıq layihələrinin həyata keçirilməsi üzrə beynəlxalq ekspert, psixi sağlamlıq üzrə mütəxəssis Ilona Ansonenin təşkilatçığı ilə baş tutacaq. Konqres müasir dünyada insanların həyat keyfiyyətini yaxşılaşdıraraq daha uzun ömür və xoşbəxt yaşamağı özündə ehtiva edir. 16-17 mart 2023-cü il tarixlərində reallaşacaq tədbir aktiv uzunömürlülük sahəsində ən parlaq beynəlxalq ekspertləri bir araya gətirəcək. Tədbirdə çıxış edənlər sırasında dünya şöhrətli endokrinoloq D-r Tyeri Ertoq, ən yaxşı detoks proqramları üçün dünya mükafatlarını qazanan D-r Aleks Vitasek, yaşlanma prosesini dayandırmaq üçün dünyada ilk dəfə öz genomunu dəyişdirməyə cəsarət edən Elizabet Periş, inteqrativ fərdiləşdirilmiş təbabətin ideoloqlarından biri Kris Mor, "Uzunömürlülüyün Yol Xəritəsi" bestsellerinin müəllifi və Avropa Uzunömürlülük Universitetinin qurucusu D-r Yuliya Yusipova yer alacaqlar. Baku Marriott Bulvar Oteldə baş tutacaq Koqresdə peşə ixtisası sağlamlığın və uzunömürlülüyün qorunmasını əhatə edən mütəxəssislər, həyat keyfiyyətini yaxşılaşdıra bilən istehlakçılar, effektiv həllər təklif edən şirkətlərin nümayəndələri və aktiv uzunömürlülük istəklərinə laqeyd qalmayanlar iştirak edə bilər. Uzunömürlülük üzrə "Viva La Vida" beynəlxalq konqres və sərgisində iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək vacibdir.
Konqresdə çıxış edənlərin və qonaqların tam siyahısı, eləcə də qeydiyyat məsələləri ilə bağlı tədbirə həsr olunmuş www.vivalavidacongress.com saytında tanış olmaq mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1045   Tarix: 10 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr