Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLAR

Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARForum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutur. Tədbir Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin sədri, "Diaspor" İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili Forum iştirakçılarını hər iki Qarabağ müharibəsində Şəhid olan, eyni zamanda, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Daha sonra T.Allahverdili Forumun bütün dünyada keçirilməsinin vacibliyindən qeyd edib: "Mən öz növbəmdə Gənclər Fonduna, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə dəstəkdən dolayı təkkür edirəm"
"Azərbaycanlı və gürcü gənclərin sülh çağırışına digər ölkələrin də gənclərinin qoşulacağına inanırıq", – deyə T.Allahverdili vurğulayıb.
Sonra layihə rəhbəri, ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov çıxış edərək Azərbaycan tarixində ilk dəfə baş tutacaq Forumun Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını deyib. S.Abbasov bu istiqamətdə beynəlxalq layihələrin keçirilməsinin vacibliyindən danışıb: "Bu gün "Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu"nda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edir. "Heydər Əliyev 100" ili çərçivəsində baş tutan Forumun əsas məqasədi Qarabağ həqiqətlərini Gürcüstanda yaymaq, eyni zamanda, regionda sülh prosesinin əhəmiyyətini gənclərə çatdırmaqdan ibarətdir. Bu Forum Azərbaycan tarixində ilk dəfədir keçirilir. Fürsətdən istifadə edib Gənclər Fonduna təşəkkür etmək istəyirəm. Bu Fondun dəstəyi ilə reallaşdırdığımız 3-cü beynəlxalq layihədir. Eyni zamanda, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Alyans Gənclər Mərkəzinə, bütövlükdə mənəvi dəstək olan hər kəsə təşəkkür edirəm. Qarabağ adı olan yerdə Dəmir Yumruq kimi birləşmək borcumuzdur."
Daha sonra S.Abbasov çıxışda bildirib ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra regionda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanlı gənclər bu reallıqlardan çıxış edərək gürcü həmyaşıdlıları ilə birlikdə regionda davamlı sülhün bərqərar olunması və dayanıqlı inkişafa nail olmaq üçün birgə fəaliyyət göstərməyi qərara alıblar. Tədbirin əsas məqsədi də gürcü gənclərlə birlikdə regionda davamlı sülh uğrunda mübarizənin əsasını qoymaqdır.
Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı Fövqaladə Səfirliyinin rəsmisi Eldar Bayramov çıxış edərək Forumun Gürcüstanda keçirilməsinin vacibliyindən danışıb. Daha sonra çıxışında E.Bayramov bildirib ki, tədbirin Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Tbilisidə təşkili də mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderə Gürcüstanda da böyük sevgi var və onun irsi qonşu ölkədə də öyrənilir.
E.Bayramov son günlər regionda və dünyada baş verən hadisələrdən danışıb. Bildirib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə regionda əsas rol oynayan dövlətə çevrilib. Bu gün Azərbaycanın təşəbbüsü və Türkiyə ilə Gürcüstanın birgə iştirakı ilə reallaşan irimiqyaslı layihələr dünyanın diqqət mərkəzindədir. Bu üç dövlət qərblə şərq arasında əsas körpü rolunu oynayırlar. Lakin bizim möhkəmlənməyimizi, birliyimizi istəməyən qüvvələr də var. Onlar bütün vasitələrdən istifadə edərək Azərbaycana və digər ölkələrə maneə olmaq istəyirlər.
Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu və erməni separatçılarının digər qanunsuz əməlləri buna sübutdur.
Diplomat regionda davamlı sülhə nail olmaq üçün azərbaycanlı gənclərin təşəbbüsü ilə belə bir forumun təşkil olunmasını və gürcü gənclərin də bu tədbirdə iştirakını yüksək qiymətləndirib.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva çıxış edərək rəhbərlik etdiyi qurumun Gürcüstandakı fəaliyyətindən danışıb və hər zaman Mərkəzin bu kimi layihələrə önəm verdiyini deyib.
İş adamı, "Biotech" şirkətinin rəhbəri Orxan Mahmudov isə çıxış edərək bu kimi Forumların investisiya mühitinə mühüm təsir etdiyini dedi.
Daha sonra layihə çərçivəsində hazırlanan 5 dəqiqəlik videoçarx gənclərə təqdim olundu.
Sonda gənclərin sualları cavablandırılıb, müzakirələr aparılıb, təkliflərin qeydiyyatı həyata keçirilib, digər çıxış edənlər isə tədbirin əhəmiyyətindən danışıb, gənclərin təşəbbüsü ilə sülh platformasının daha da genişlənməsinin vacibliyini vurğulayıblar.
3 günlük forumun yekununda layihə çərçivəsində iştirak edən 25 gəncə Sertifikat, papaq, geyim və suvenirlər təqdim olunub.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən keçirilir.

Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 976   Tarix: 10 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr