Müğənni Rəqsanə həbs olunan prodüserin uşaqlarını sığınacağa yerləşdirdi - VİDEO
Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, ötən gün həbs olunan prodüser Təranə Səmədovanın övladlarını sığınacağa yerləşdirib.
Lent.az xəbər verir ki, müğənni "TikTok" hesabında açdığı canlı yayımda prodüserin həbs edilməsinə münasibət bildirib.
Danışarkən göz yaşlarını saxlaya bilməyən Rəqsanə deyib ki, bir müddət öncə barışdığı Təranənin uşaqlarına yazığı gəlir:
"Eşitdim ki, Təranənin problemləri, ehtiyacları var. Onunla danışırdım. Dedim ki, əlimdən gəldiyi qədər sənə kömək edəcəyəm. Amma bir az ağılla hərəkət etmək lazım idi. Ona, əsas da övladlarına yazığım gəlir. Bu gün onun övladlarını sığınacağa yerləşdirdim. Oradan gələndən bəri ağlayıram".
Xatırladaq ki, fevralın 14-də saxlanılan Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.
Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrMəşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27 sentyabrƏri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO
Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs
3 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrOğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabr