Türkiyədə zəlzələ nəticəsində həlak olan İsmayıllı Hümam son mənzilə yola salınıb - VİDEO
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı dəfn olunub.
***10.50
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.
Mərasimdə mərhumun yaxınları və rəsmilər iştirak edirlər.
Vida mərasimindən sonra H.İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Malatya şəhərində yerləşən İnönü Universitetində təhsil alan azərbaycanlı tələbənin meyiti uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.
Baku TV-nin vida mərasimindən canlı yayımını təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1437 Tarix: 16 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Martın 3-də ilin ilk Ay tutulması olacaq
Martın 3-də ilin ilk Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Report"a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq. Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadis
1 martEv tikmək istəyənlərin DİQQƏTİNƏ
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda təqribən 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış sahəsi mövcuddur. xəbər verir ki, bu məsələ fərdi yaşayış evlərinin qanunvericiliyə uyğun şəkildə necə tikilməsinin aktuallığını artırır. Bir çox hallarda vətəndaşlar ev tikintis
1 martRegiondakı gərginlik fonunda Azərbaycan hava məkanının əhəmiyyəti artıb
ABŞ və İsrailin İrana gözlənilən hücumlarının başlaması fonunda bir sıra ölkələr hava məkanını bağlayıb və bu, beynəlxalq aviaşirkətləri təcili alternativ marşrutlar axtarmağa məcbur edib. "Report" xəbər verir ki, bu böhran fonunda Azərbaycanın hava məkanı dünya aviasiyası üçün ən təhlükəsi
28 fevralYollar buz bağlayacaq
Azərbaycanda martın 3-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Laki
2 martNaxçıvanda maşınla vurulan gənc qız öldü
Naxçıvanda ağır yol qəzasında xəsarət alan gənc qız vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, bir neçə gün əvvəl baş verən qəzada xəsarətlər alan Ordubad rayon sakini Gülsüm Quliyeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Faktl
2 martEv tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı qaydaları bilmək lazımdır? - VİDEO
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda təqribən 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış sahəsi mövcuddur. Bu məsələ fərdi yaşayış evlərinin qanunvericiliyə uyğun şəkildə necə tikilməsinin aktuallığını artırır. Bir çox hallarda vətəndaşlar ev tikintisi zamanı hans
1 martTikinti materialları bahalaşdı
2026-cı ilin fevral ayına olan vəziyyətə görə Azərbaycanda tikinti materialları bazarında aktivlik artımı müşahidə olunur. Sektor üzrə istehsal göstəricilərində yüksəliş qeydə alınsa da, bazarda qiymət artımı tendensiyası da davam edir. Məlumatlara əsasən, 2026-cı ilin yanvar ayında tikinti materiallar
1 mart