"Ermənistan özünün məğlubiyyətlə barışmadığını hələ də revanşist niyyətdə olduğunu göstərir" - DEPUTAT
"Bu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində açıq formada bəyan etmişdi ki, "2023-cü il Ermənistan üçün sonuncu şans olacaq". Dövlət başçısı bu fikrini kifayət qədər ciddi arqumentlərlə detallı formada izah da etmişdi.Bakının yekun sülh müqaviləsi üçün İrəvan qarşısında yerinə yetirilməsi müşkül, yaxud, hətta Ermənistanın özünün belə maraqlarına zidd olan tələbləri yoxdur. Cənab İlham Əliyev beynəlxalq hüquqa əsaslanaraq bütövlükdə bölgədə sülhə və sabitliyə yönəli 5 şərt irəli sürüb. Ermənistanın baş naziri də istər Brüssel, istərsə də Praqada bu şərtləri qəbul etdiyini bəyan edib, amma faktiki olaraq nəticə yoxdur. Bu, ilk növbədə Ermənistanın özünün hələ də məğlubiyyətlə barışmadığını, hələ də revanşist niyyətdə olduğunu göstərir. Amma Prezident İlham Əliyevin özünün də dediyi kimi, "son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz."
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki,Ermənistan ötən dövr ərzində Qərb və Rusiya arasında manevrlər etməklə, hətta Fransanın dəstəyi ilə Brüssel prosesini pozmaqla müxtəlif siyasi təxribatlar və digər cəhdlər etdi, amma nəticə etibarı ilə Azərbaycanın iradəsinin dəyişməz olması, Paşinyan hakimiyyətini yenidən sülh müqaviləsi barədə danışmağa vadar edib.
"Son günlər biz Ermənistandan ictimai formada bu barədə mesajlar alırıq. Digər tərəfdən isə Rusiyanın da prosesdə aktivləşməsi müşahidə olunur. Bilirsiniz ki, Prezident İlham Əliyev fevralın 14-də Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Daha sonra isə Prezident İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı baş tutdu. Yayılan rəsmi açıqlamaya əsasən, cənab Putin özü də müzakirə zamanı Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan bölgədə yekun sülhə nail olunmasında təşəbbüskar və maraqlı tərəf kimi bu istiqamətdə istənilən cəhdləri, o cümlədən Rusiyanın səylərini yüksək qiymətləndirir. Sülh müqaviləsinə aparan istənilən səy dəstəklənməlidir. Lakin, eyni zamanda hər kəs anlamalıdır ki, müəyyən kəsintidən sonra proseslərin yenidən fəallaşması hər hansı başqa şəraiti diqtə etmir, bizim milli maraqlarımızı ehtiva edən beş şərtdə ehtiva olunan tələblərimizin mahiyyətində dəyişən bir məqam yoxdur".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva